Yeniyetmə qızın başına 11 tikiş vuruldu: Bakıda qorxu evi ndə nə baş verib? VİDEO
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıdə iki yeniyetmə əylənmək üçün getdiyi yerdə arzuolunmaz halla qarşılaşıblar.
Ölkə.Az xəbər verir ki, valideynin sözlərinə görə, övladı heç bir nəzarət olmadan sənəd imzalamağa məcbur edilib və yeniyetmələr 26 manat ödəniş etdikdən sonra oyun otağına daxil olublar.
Orada işçilərin uşaqlara qarşı zorakı davranıldığı bildirilir. Onlar narazılıqlarını ifadə etsələr də, oyunun dayandırılmadığı iddia olunur.
"Mənimm belimdən itələyəndə şkafa başım dəyir, yıxılıram yerə. Huşumu itirirəm. Administrator içəri daxil olur və üzümə baxaraq nalayiq ifadə işlədir - "Nə günə düşdü bu?!", - zərərçəkən yeniyetmə bildirib.
Qarşı tərəf isə iddiaları rədd edir və hadisələrin müşahidə kameraları vasitəsilə çəkildiyini söyləyir. Lazım olduğu təqdirdə görüntülərə baxmağı təklif edir.
"Xanımların özləri oyunu "hard rejim seçiblər. Özlərini 18 yaşında təqdim ediblər və bizə saxta şəxsiyyət vəsiqəsi göstəriblər", - əyləncə mərkəzinin əməkdaşı söyləyib.
Qeyd edilir ki, zərərçəkən yeniyetmənin alnına 11 tikiş vurulub.
Daha ətraflı İTV-nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 02 Dekabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















