Icma.az
close
up
RU
Yeniyetmələrə sosial şəbəkə qadağası: zərurət nədən yaranır?

Yeniyetmələrə sosial şəbəkə qadağası: zərurət nədən yaranır?

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyan ölkələrin sayı getdikcə artır. Ötən həftə də Fransa Milli Assambleyası 15 yaşına qədər olan uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsi haqqında qanun layihəsini qəbul edib.

Bəs bunun Azərbaycanda da tətbiq edilməsi mümkündürmü?

“Xalq Cəbhəsi” məsələni sosioloqlarla müzakirə edib.

Araşdırmaçı ekspert Məhbubə Mehdiyeva söyləyib ki, Fransa Milli Assambleyasının 15 yaşınadək uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılmasına dair qanun layihəsini qəbul etməsi müasir rəqəmsal mühitin uşaqların psixoloji, sosial və davranış inkişafına təsiri ilə bağlı beynəlxalq elmi yanaşmalarla uyğunluq təşkil edir: “Tədqiqatlar göstərir ki, sosial şəbəkələr yeniyetmələr üçün bir tərəfdən informasiya əldə etmək və ünsiyyət imkanları yaratsa da, digər tərəfdən zorakılıq, kibertəzyiq, zərərli vərdişlərin təbliği və riskli davranışlarla qarşılaşma ehtimalını artırır. Qlobal statistik göstəricilər bu təsirin miqyasını açıq şəkildə ortaya qoyur. Dünya üzrə sosial şəbəkə istifadəçilərinin sayı təxminən 5 milyarda yaxınlaşır və onların mühüm hissəsini azyaşlılar və yeniyetmələr təşkil edir. Beynəlxalq hesabatlara əsasən, 13–15 yaş qrupunda olan uşaqlar gündə orta hesabla bir neçə saatını sosial platformalarda keçirir. Bu da bir sıra hallarda emosional gərginlik, diqqət dağınıqlığı və davranış pozuntuları ilə əlaqələndirilir”.

Sosial şəbəkələrin düzgün strategiya əsasında istifadə…

M.Mehdiyeva bildirib ki, eyni zamanda, sosial şəbəkələrin düzgün strategiya əsasında istifadə edildikdə ciddi maarifləndirici və preventiv potensiala malik olduğu da elmi araşdırmalarla təsdiqlənir: “Sorğular göstərir ki, gənclərin əhəmiyyətli bir hissəsi sağlam həyat tərzi, psixoloji dəstək imkanları və zərərli vərdişlərin fəsadları ilə bağlı ilkin məlumatları məhz sosial platformalar vasitəsilə əldə edir. Bu baxımdan “Talk to Frank” kimi beynəlxalq təşəbbüslər sosial medianın narkomaniya və digər zərərli vərdişlərlə mübarizədə effektiv kommunikasiya vasitəsi kimi rolunu aydın şəkildə nümayiş etdirir”.

Görülən işlər

Ekspert vurğulayıb ki, Azərbaycan kontekstində də rəqəmsal mühitin uşaqlar və gənclər üçün yaratdığı risklərə qarşı institusional mexanizmlər formalaşdırılıb: “Sosial şəbəkələrdə zorakılıq, psixoloji təzyiq və ya riskli davranışlarla üzləşən uşaqlar üçün “860 – Uşaq Qaynar Xətti” fəaliyyət göstərir və bu xətt vasitəsilə operativ psixoloji və sosial dəstək göstərilir. Bununla yanaşı, narkotik vasitələrin yayılması və istifadəsi ilə bağlı hallarda, həmçinin profilaktik məlumat almaq və müraciət etmək məqsədilə “802 – Narkmaniya ilə Mübarizə Qaynar Xətti” vətəndaşlar üçün mühüm dəstək mexanizmi rolunu oynayır. Təcili təhlükə hallarında isə hüquq-mühafizə orqanlarının 102 xidməti uşaqların və gənclərin təhlükəsizliyinin təmin edilməsində əsas müdaxilə vasitəsidir. Bu cür qaynar xətlərin mövcudluğu sosial şəbəkələrin yaratdığı risklərin azaldılmasında yalnız qadağalara deyil, vaxtında müdaxilə, məlumatlandırma və psixoloji dəstəyə əsaslanan yanaşmanın daha səmərəli olduğunu göstərir. Xüsusilə zərərli vərdişlərin sosial şəbəkələr üzərindən təbliği fonunda 802 qaynar xəttinin fəaliyyəti preventiv mexanizm kimi mühüm əhəmiyyət kəsb edir”.

“Sosial şəbəkələr nə tamamilə təhlükəli, nə də faydalı vasitədir”

O əlavə edib ki, nəticə etibarilə, Fransada qəbul edilən qanun layihəsi Azərbaycanda sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı müzakirələr üçün əhəmiyyətli analitik baza yaradır: “Mövcud statistik göstəricilər və milli təcrübə sübut edir ki, sosial şəbəkələr nə tamamilə təhlükəli, nə də tamamilə faydalı vasitədir. Onların cəmiyyətə təsiri birbaşa istifadə mədəniyyəti, nəzarət mexanizmləri və mövcud dəstək infrastrukturunun effektivliyindən asılıdır. Bu baxımdan əsas məqsəd qadağalar deyil, uşaqların və gənclərin təhlükəsizliyini təmin edən, maarifləndirici və məsuliyyətli rəqəmsal mühitin formalaşdırılması olmalıdır”.

“Qanunun qəbul olunması vacibdir”

Sosioloq Mail Yaqub qeyd edib ki, Azərbaycanda gənclərin, yeniyetmələrin sosial şəbəkələrdən istifadə etməsini qadağan edən qanunun qəbul olunması vacibdir, zəruridir: “Çünki təəssüflər olsun bəzi sosial şəbəkə istifadəçiləri sanki konkret olaraq gənclərin, yeniyetmələrin qəsdinə durublar. milli-mənəvi dəyərlərimizə zidd olan məzmunları paylaşırlar, homoseksualizmi təbliğ edirlər: “Bu, biabrçılıqdır. Bunun qarşısı mütləq alınmalıdır. Həm o insanların qarşısı alınmalıdır, həm də uşaqların, yeniyetmələrin sosial şəbəkədən istifadəsinə qadağa qoyulmalıdır. Əks halda, biz həmin uşaqları, yeniyetmələri elə bu yaşdan itirəcəyik. Ona görə ki, psixologiyası, mənəviyyatı pozulan uşaq gələcəkdə faydalı insan ola bilməyəcək. Biz buna inanmalıyıq”.

“Bu addım mütləq atılmalıdır”

Onun sözlərinə görə, prosedur necə, hansı formatda olmalıdır bu artıq hüquqi məsələdir: “Amma əsas olan odur ki, bu addım mütləq atılmalıdır və hətta çoxdan atılmalı idi. Avropanın beşiyində ən müasir ölkə olan Fransa bu addımı atırsa, biz çoxdan atmalı idik. Çünki biz müasirliyi Avropadan öyrənmişik. Əgər onlar bu həyəcan təbilini çalırsa, deməli, bu, çox ciddi məsələdir. Bu addım mütləq atılmalıdır. Bunun hüquqi prosedurunu da mütəxəssislər oturub fikirləşməlidirlər ki, hansı formatda olsun”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Fevral 2026 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see239

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see223

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see223

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see219

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see216

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see177

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see171

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see158

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see156

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see155

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see147

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see145

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri