Icma.az
close
up
RU
“Yəqin ki, Tramp Azərbaycana qarşı da məcburetmə siyasəti aparacaq...”

“Yəqin ki, Tramp Azərbaycana qarşı da məcburetmə siyasəti aparacaq...”

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ona görə bizim hökumət də öz lazımi tədbirlərini görməlidir ki, məsələlər bir-birinə qarışmasın...”

“Tramp  hakimiyyətdə olacağı dövr üçün missiyasını elan edib ki, o, planetin hər yerində sülh yaranmasına çalışacaq. Ona görə də, çox güman ki, tezliklə həm Ermənistan, həm Azərbaycan tərəfə təzyiqlər edəcək ki, sülh müqaviləsini imzalasınlar...Yəni gözlənilən budur...”

Bu fikri Moderator.az əməkdaşıyla telefon söhbətində “Sizcə, ABŞ-nin yeni seçilmiş prezidenti, respublikaçı Donald Trampın Ağ Evdə hakimiyyət kürsüsünə əyləşəcəyi gündən sonra qlobal siyasətdə Azərbaycana münasibətdə hansı dəyişikliklər gözlənilir?” sualını cavablandırarkən AMİP-in fəxri lideri Etibar Məmmədov söyləyib.

Ardınca həmsöhbətimiz digər suallarımızı da cavablandırıb:

-O da var ki, bu, seçki kampaniyası dövründə sosial şəbəkədəki paylaşımlarında Azərbaycanı faktiki olaraq Qarabağda etnik təmizləmədə suçlayan və  ermənilərin geri qayıtmasına dəstək verəcəyini vəd edən Trampdır...

-Dediyim kimi, bu saat Tramp üçün Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı siyasətdə bir nömrəli vəzifə kimi sülh sazişinin imzalanmasını qarşıya qoyub. Çünki onun elən etdiyi missiyaya görə hər yerdə sülhə nail olmalıdır. Bu məqsəd üçün ən real görünən də Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır...

-Yeni seçilmiş ABŞ prezidentinin ölkəmizə qarşı digər yönlərdə necə siyasət yeridəcəyini hesab edirsiz? 

-Başqa yönlərdə necə siyasət yürüdəcəyini bilmək olmaz. Çünki Trampın siyasəti gözlənilməz və aqressiv siyasətdir. Yəqin ki, bizə qarşı da məcburetmə siyasəti aparacaq. İndi ondan sonra hansı nəticələr olacağını isə öncədən proqnozlaşdırmaq mümkün deyil... O birisi məsələlərlə bağlı da, təbii ki, nəsə etməyə çalışacaq. Onsuz da ABŞ Konqresində də, Senatında da Azərbaycana qarşı qətnamələr hazırlanır. Onlar yalnız Ermənistan deyil, daxili siyasətlə bağlı bəzi məsələləri də nəzərə alırlar. Ona görə bizim hökumət də öz lazımi tədbirlərini görməlidir ki, məsələlər bir-birinə qarışmasın...

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Dekabr 2024 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri