Yəqin təzə günah hissi baş qaldırıbdı onda... Günün şeiri
Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.
10 noyabr simvolizmin ədəbiyyatda ən böyük təmsilçilərindən biri hesab olunan fransız şair Artur Rembonun anım günüdür.
Kulis.az bu münasibətlə onun "Hiyləgər qadın" şeirini təqdim edir.
Alatoran içindəki yeməkxana zalında,
Yeməyin və meyvələrin ətri canıma sindi.
Önümə dolu boşqabı çəkdim süfrə başında,
Kiçik masam mənimçün kef məclisinə döndü.
Saat vurur… dinlədikcə, mən ləzzətlə yeyirəm;
Qəfildən qapı açılır… oturmuşam hələ ki..
Qulluqçu qız heç bilmirəm nədən təşrif buyurur,
Saçları çox səliqəsiz, yaylığısa çəpəki…
Gəzir çeçələ barmağı çəhrayı yanağında,
Yəqin təzə günah hissi baş qaldırıbdı onda,
Dodaqları şişib-pörtüb sanki alışıb-yanır.
Yüngül toxundu çiynimə… bəlkə də sınayırdı,
Yəqin öpüş istəyirdi. Sakit pıçıldayırdı:
“Bir sən də bax, gör bir nədən yanağım belə donur…”
Tərcümə edən: Zahid Sarıtorpaq
"Bu sözüm insanların xoşuna gəlməyəcək..." - Azər Aydəmir Əlixan və Taleh haqqında Şəkidə Kiş məscidinin bərpası gələn il yekunlaşacaq Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq
Baxış sayı:87
Bu xəbər 10 Noyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















