Icma.az
close
up
RU
Yer kürəsi nə qədər insanı saxlaya bilər? Alimlərin hesablaması

Yer kürəsi nə qədər insanı saxlaya bilər? Alimlərin hesablaması

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hazırda Yer kürəsində təxminən 8,3 milyard insan yaşayır ki, bu da bəşər tarixində ən yüksək göstəricidir. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, "Ecoportal"ın yazdığına görə, uzun illər əhali artımı texnoloji inkişafın göstəricisi kimi qəbul olunsa da, eyni zamanda potensial "həddən artıq əhali” riski ilə də əlaqələndirilir. Yeni genişmiqyaslı araşdırmada alimlər planetin real ekoloji imkanlarını və nə qədər insanı daşıya biləcəyini qiymətləndirməyə çalışıblar. Araşdırmanın nəticələrinə görə, bəşəriyyət artıq Yer kürəsinin ekoloji sabitlik həddini keçib.

Artım və resurs balansı pozulur

Tədqiqatı aparan alimlər 200 ildən artıq demoqrafik və ekoloji məlumatları analiz ediblər. Onların qənaətinə görə, XX əsrin ortalarına qədər əhali artımı ümumilikdə iqtisadi və texnoloji inkişafla paralel gedib. Lakin 1960-cı illərdən etibarən bu balansın dəyişməyə başladığı bildirilir. Əhali artımı davam etsə də, təbii sistemlərin resurs təmin etmə qabiliyyəti zəifləyib. Alimlər bu dövrü "mənfi demoqrafik fazanın başlanğıcı” kimi təsvir edirlər.

Fosil yanacaqların rolu

Araşdırmada qeyd olunur ki, fosil yanacaqlar qısa müddətdə yüksək əhali sayını dəstəkləməyə imkan verib. Lakin bu, eyni zamanda iqlim dəyişikliyi, biomüxtəlifliyin azalması və ətraf mühitin çirklənməsi kimi problemləri dərinləşdirib.

"Dayanıqlı əhali səviyyəsi” nə qədərdir?

Tədqiqat müəllifləri "dayanıqlı dünya əhalisi” göstəricisini təxminən 2,5 milyard insan səviyyəsində qiymətləndirirlər. Bu rəqəm XX əsrin ortalarında müşahidə edilən qlobal əhali səviyyəsinə uyğundur. Alimlərin fikrincə, bu həddin aşılması iqlim risklərini artırır, təbii ekosistemləri zəiflədir və qida ilə su təhlükəsizliyi problemlərini kəskinləşdirir. Bununla belə, təsirlərin regionlar və sosial qruplar arasında bərabər paylanmadığı vurğulanır.

Tam kollaps deyil, amma risklər artır

Tədqiqatçılar bunun qaçılmaz sivilizasiya çöküşü demək olmadığını qeyd edirlər. Onların fikrincə, vəziyyət hələ də idarə oluna bilər. Bunun üçün isə uzunmüddətli və koordinasiyalı siyasətlər tələb olunur: demoqrafik sabitlik, resurs istehlakının azaldılması və ekosistemlərin qorunması kimi tədbirlər əsas istiqamətlər sayılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 01 İyun 2026 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see308

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see308

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see289

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see269

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see263

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see260

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see247

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see233

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see226

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see223

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see222

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see220

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see218

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see215

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see201

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see199

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see196

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see192

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri