Yer kürəsində planetar miqyaslı maqnit qasırğaları BAŞLADI
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yer kürəsində planetar miqyaslı maqnit qasırğaları qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) Günəş astronomiyası laboratoriyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda maqnit qasırğalarının səviyyəsi G1 (zəif qasırğalar) dərəcəsindədir. Lakin gün ərzində aktivliyin artaraq G2–G3 səviyyəsinə çatması mümkündür.
Məlumata görə, hazırda Kanadada və ABŞ-ın şimal ştatları üzərində güclü qütb parıltıları müşahidə olunur. Qütb parıltılarının intensivliyi artıq maksimal onuncu səviyyəyə çatıb.
Alimlər qeyd ediblər ki, Rusiyanın ərazisində vəziyyət təxminən on saat sonra aydınlaşacaq. Bu, gün və gecə sərhədinin ölkənin Avropa hissəsinə doğru hərəkət etdiyi vaxt baş verəcək.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 05 Fevral 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















