Yer kürəsindən ən böyük Günəşin doğacağı tarix açıqlanıb...
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yer kürəsinin Günəşə ən yaxın nöqtəsi 3 yanvar 2026-cı ildə olacaq.
SİA-nın məlumatına görə, TASS agentliyi Moskva Planetariumunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Günəşin diametri peşəkar fotoşəkillərdə planetlə Günəş arasındakı məsafənin ən böyük olduğu iyul ayına nisbətən bir qədər böyük görünəcək.
Astronomlar aydınlaşdırıblar ki, bu gün Günəşlə Yer kürəsinin arasındakı məsafə minimal olacaq, 147.099.586.2593 km (0.9833 astronomik vahid), Günəşin isə görünən diametri isə 32 qövs dəqiqəsi və 35 saniyə olacaq.
Bu gün Günəşin şəklini çəkmək və ya onu durbin və ya teleskop vasitəsilə müşahidə etmək istəyənlər xüsusilə diqqətli olmalıdırlar: cihazda xüsusi günəş filtri quraşdırılmalıdır, əks halda göz yanıqları riski var,..bunu planetari xəbərdarlıq edib.
Astronomlar yanvar ayının günəş müşahidəsi üçün ən yaxşı ay olmadığı qənaətinə gəliblər.
Əvvəllər 2026-cı ildə unikal planetar düzülüşü gözlənildiyi bildirilirdi: 20.000 ildən sonra ilk dəfə olaraq Mars, Venera və Günəşin birləşməsi Milad günündə (6-7 yanvar gecəsi) baş verəcək. Venera əvvəlcə Günəşə, ardınca Marsa, daha sonra isə Merkuriyə yaxınlaşacaq. 22 yanvarda üç planet Günəşdən minimum orta bucaq məsafəsində olacaq və bundan sonra düzülüş dağılmağa başlayacaq.
Nazlı Almuradova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 25 Dekabr 2025 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















