Icma.az
close
up
RU
Yer rekord həcmdə istilik udur: “Euractiv” nəşrinin icmalı

Yer rekord həcmdə istilik udur: “Euractiv” nəşrinin icmalı

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Brüssel, 23 mart, AZƏRTAC

Yer planeti istiliyi indiyədək olduğundan daha sürətlə toplayır ki, bu da qlobal iqlim sistemində artan disbalansdan xəbər verir.

AZƏRTAC xəbər verir ki, “Euractiv” nəşri Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatlarına istinad edərək bu nəticəyə gəlib.

Nəşrdə qeyd olunur ki, qlobal istiləşmə nəticəsində yaranan artıq enerjinin böyük hissəsi okeanlarda toplanır. ÜMT-nin qiymətləndirməsinə görə, əlavə istiliyin 90 faizdən çoxu məhz okeanlar tərəfindən udulur, halbuki qurunun payına təxminən 5 faiz, atmosferin payına isə cəmi 1 faiz düşür.

“Euractiv” vurğulayır ki, istiliyin bu cür paylanma strukturu hava temperaturunun artımını müvəqqəti olaraq “yumşaldır”, lakin eyni zamanda uzunmüddətli riskləri gücləndirir. Okeanlarda enerjinin toplanması onların rekord səviyyələrədək isinməsinə gətirib çıxarır ki, bu da öz növbəsində su kütlələrinin dövranına təsir edir, dəniz səviyyəsinin yüksəlməsini sürətləndirir və ekstremal hava hadisələrini gücləndirir.

Məqalənin müəllifləri qeyd edirlər ki, müşahidə olunan enerji disbalansı birbaşa insan fəaliyyəti ilə, ilk növbədə isə fosil yanacaqların yandırılması zamanı istixana qazlarının emissiyaları və meşələrin qırılması ilə bağlıdır. Bu proseslər Yerə daxil olan və ondan əks olunan enerji arasında təbii tarazlığı pozur.

Materialda həmçinin bildirilir ki, atmosferin payına düşən istilik nisbətən az olsa da, məhz o, planet səthində qeydə alınan qlobal temperatur artımını müəyyən edir. ÜMT xəbərdarlıq edir ki, hətta bu “kiçik” pay belə artıq istilik dalğalarının, quraqlıqların, güclü yağıntıların və digər ekstremal hadisələrin daha tez-tez baş verməsinə səbəb olur.

“Euractiv” qeyd edir ki, mövcud tendensiyalar iqlim dəyişikliklərinin sürətləndiyini göstərir. Toplanan istilik həcminin artması iqlim böhranının dərinləşməsinin əsas göstəricilərindən biri kimi qiymətləndirilir.

Beləliklə, nəşrdən belə nəticə çıxarılır ki, istiliyin əhəmiyyətli hissəsi hələlik okeanlarda “gizlənsə” də, onun nəticələri artıq bütün dünyada hiss olunur. ÜMT emissiyaların azaldılması üzrə təcili tədbirlərə çağırır, çünki iqlim sistemində enerjinin daha da toplanması daha ciddi və geri dönməz dəyişikliklərə gətirib çıxara bilər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Mart 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri