Yer yarıldı, içinə girdi: Dəhşətli hadisənin ANBAAN kadrları VİDEO
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Cənubi Koreyanın paytaxtı Seulda dəhşətli qəza baş verib. Motosikletçi yolda qəflətən əmələ gələn nəhəng çuxura nəqliyyat vasitəsi ilə birlikdə düşüb. Onun cəsədi 18 saatlıq axtarış-xilasetmə işlərindən sonra 20 metr dərinlikdə aşkar edilib.
Bu barədə BBC-xəbər verir.
Kadrlardan görünür ki, torpaq çökən zaman oradan avtomobil keçir. Ancaq avtomobilin sürücüsü möcüzə nəticəsində çuxura düşməkdən xilas olub. Buna baxmayaraq, o xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Maşının ardınca gələn motosikletçi isə faciədən yan keçə bilməyib.
Qeyd edilib ki, yol örtüyünün çökməsinin səbəbi metro tunelinin çəkildiyi yerdə su kəmərinin partlaması olub. Xilasedicilər suyu boşaltmalı və motosikletçinin cəsədini palçıq və tikinti texnikası arasında axtarmalı olublar.
Hadisə ilə bağlı istintaq başlanılıb.
(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 26 Mart 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















