Icma.az
close
up
RU
Yerdə günün qısalmasının səbəbi AÇIQLANIB

Yerdə günün qısalmasının səbəbi AÇIQLANIB

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Yer kürəsində günün millisaniyə qədər qısalmasının səbəbi onun nüvəsi ilə bağlıdır. Bunu Avtosfer.az-a açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının Planetlər və kiçik səma cisimləri şöbəsinin elmi işçisi Əminə Hümbətova deyib. Onun sözlərinə görə, Yerdə qısa gün iyulun 9-da baş verib, iyulun 22-də və avqustun 5-də də bu prosesin baş tutacağı gözlənilir.

Ə.Hümbətova bildirib ki, alimlərin fərziyyələri əsasında qurulan bəzi modellərə görə, Yerin daxili nüvəsi hazırda yavaş fırlanır və 2040-cı ilədək hərəkətini tam dayandıra biləcək:

“Bu alimlərin hələ ki fərziyyələrdir. Yəni konkret model qurulmayıb. Belə fərziyyə olunur ki, gün qısalmasına səbəb Yerin nüvəsidir. Çin Elmlər Akademiyasının “Nature” jurnalında dərc olunan məqalədə qeyd olunur ki, təkrarlanan zəlzələlərdən sonra seysmik dalğaların müvəqqəti dəyişikliyi aşkar edilib. Nəticədə Yerin daxili nüvəsinin fırlanma sürətinin dəyişdiyi müşahidə olunub. Hazırda planetin daxili nüvəsi yavaş-yavaş və Yer səthinin fırlanmasının əks istiqamətdə hərəkət edir. Amma sonradan Yerin özü ilə eyni istiqamətdə fırlanmağa davam edə biləcək. Yerin bərk nüvəsi təxminən hər 35 ildən bir dayanır, fırlanma istiqamətini dəyişə bilir və sonra yenidən bərpa olunur. Yəni bu, periodik prosesdir”.

Elmi işçi vurğulayıb ki, tədqiqatlara görə, 2009-2020-ci illərdə daxili nüvənin fırlanmasının hərəkət istiqaməti dəyişib, bu da eyni zamanda yerin maqnit sahəsindəki dəyişikliklərlə üst-üstə düşüb:

"İnsanlar üçün hər hansı bir əhəmiyyətli nəticəyə gətirib çıxarmayacaq. 2025-ci ilin iyul-avqust ayında planet öz oxu ətrafında rekord sürətlə fırlanacaq. Hesablamalara görə, ən qısa günlərdən biri iyulun 9-na düşüb. Minimum uzunluq indiyə qədər 1,05 millisaniyədən aşağı düşmürdü. 2024-cü ilin iyulunda 1,66 millisaniyə olub, həmin vaxt da rekord olub".

Rəsədxana işçisi bu prosesin xarici amillərlə heç bir əlaqəsinin olmadığını söyləyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 İyul 2025 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri