Yerə 500 kiloqramlıq kosmik parça yaxınlaşır Türkiyə və Azərbaycana da düşə bilər
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
1972-ci ildə Veneraya göndərilmək məqsədilə buraxılan, lakin Yer orbitində qalan Sovet kosmik aparatı "Kosmos 482"-nin 500 kiloqramlıq parçasının yaxın günlərdə Yerə düşəcəyi gözlənilir.
Rusiya rəsmiləri bildirir ki, 14 may tarixinə qədər düşməsi proqnozlaşdırılan bu modulun saatda 242 kilometr sürətlə Yerə çırpılacağı ehtimal olunur. Mümkün düşmə bölgələri sırasında Misir, Suriya, Türkiyə və Azərbaycan da yer alır.

Qeyd edək ki, "Kosmos 482" peyki 1972-ci ildə Baykonur Kosmik Qüvvə Bazası vasitəsilə kosmosa göndərilib. Həmin dövrdə Sovet İttifaqı ilə ABŞ arasında davam edən kosmik yarış çərçivəsində bu aparatın Veneraya göndərilməsi planlaşdırılsa da, orbitdən çıxmalı olan əlavə güc bloku işləməyib və nəticədə Kosmos 482 orbitdə qalıb.
NASA-nın məlumatına görə, "Kosmos 482" dörd yerə parçalanıb. Bu hissələrdən ikisi Yer orbitinin aşağı qatında qalıb, digərləri isə atmosferdə yanaraq məhv olub. Hazırda orbitdə qalan hissələrin ümumi çəkisinin 500 kiloqrama yaxın olduğu bildirilir.

Kosmik avadanlıq üzrə mütəxəssis Georgi Trişkinin fikrincə, aparatın titandan hazırlanmış yanacaq çənlərinin parçaları artıq bir neçə gün əvvəl Yeni Zelandiyaya düşüb. Qalan hissələrin isə yaxın günlərdə Yerin səthinə çatacağı gözlənilir.
Hesablamalara əsasən, düşən modulun yaratdığı kinetik enerji bir neçə yüz qram TNT partlayışına bərabər ola bilər. Bu isə mülki yaşayış məntəqələri üçün potensial təhlükə yaradır.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 08 May 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















