Icma.az
close
up
RU
Yerə doğru uçan müəmmalı obyekt: Onun UNO ola biləcəyini göstərən 6 səbəb

Yerə doğru uçan müəmmalı obyekt: Onun UNO ola biləcəyini göstərən 6 səbəb

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yerə böyük sürətlə yaxınlaşan müəmmalı obyekt narahatlığa səbəb olub. Alimlərin xəbərdarlığına görə, astronomların 31/Atlas adlandırdığı bu kosmik cisim yadplanetli gəmi ola bilər və o, Yerə zondlar göndərməyə hazırlaşır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun" yazıb.

Hesablamalara görə, obyektin diametri 19 kilometrdən artıqdır. Onun Günəş sistemi daxilindəki trayektoriyası 19 dekabrda Yerdən təxminən 270 milyon kilometr məsafədən keçəcək. Harvard Universitetindən astrofizik Avi Lebin rəhbərlik etdiyi üç alimdən ibarət qrup araşdırma dərc edərək, obyektin "düşmən xarakterli" texnologiya olub-olmadığını müzakirəyə çıxarıb.

Böyük Britaniya Müdafiə Nazirliyinin keçmiş əməkdaşı və NLO tədqiqatçısı Nik Poup bildirib: "31/Atlas-ın yadplanetli gəmi olması elmi-fantastikadan kənara çıxmır. Onun ölçüsü, sürətlənməsi, trayektoriyası və davranışı qeyri-adi təsir bağışlayır. Bütün bunlar kəşfiyyat missiyasına bənzəyir. Əlbəttə, bu, sadəcə kometa və ya asteroid də ola bilər – amma ulduzlararası mənşəli olduqda maraqlı və çox nadir hadisədir. Yaxşı xəbər odur ki, bu hipotezanı yoxlamaq mümkündür. Zaman keçir, biz tezliklə biləcəyik - bu, ilk təmasdırmı, yoxsa sadəcə nəhəng bir daş parçası?"

Harvard alimlərinin təklif etdiyi altı əsas fərziyyə belədir:

1. Həddindən artıq böyükdür. Asterodlər müxtəlif ölçülərdə olsa da, bu obyekt orta ölçünü xeyli üstələyir.

2. Qeyri-adi sürətlənmə. Avropa kosmik agentliyi və "Hubble" teleskopunun hesablamalarına görə, obyekt saatda 210 min km sürətlə hərəkət edir. NASA-nın məlumatına əsasən, bu, Günəş sisteminə daxil olmuş ən sürətli obyekt ola bilər.

3. Gec aşkar edilib. Obyekt qalaktikanın mərkəzi istiqamətindən daxil olduğu üçün parlaq ulduzların və işıq mənbələrinin arasında görünməyib. Ekspertlərə görə, əgər yadplanetlilər gizli şəkildə zond göndərmək istəsəydilər, bu ideal trayektoriya olardı.

4. Trayektoriyası izlənilməsi çətindir. Obyekt texnoloji manevr edə biləcəyi kritik məqamlarda Günəşin arxasında gizlənir.

5. Venera, Mars və Yupiterə yaxın keçir. Bu, kəşfiyyat missiyasını xatırladır. Belə təsadüfün təbii şəkildə baş vermə ehtimalı çox aşağıdır – təxminən 0,005%.

6. Onu görmək mümkün olmayacaq. Obyekt Yerlə maksimum yaxınlaşanda Günəş Yer ilə Atlas arasında yerləşəcək və müşahidə imkanı olmayacaq. Belə trayektoriya isə gizli manevrləri və kurs dəyişikliklərini ört-basdır etmək üçün ən əlverişli yoldur.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Avqust 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri