Icma.az
close
up
RU
Yerə ötürülən sirli siqnallar çoxalır

Yerə ötürülən sirli siqnallar çoxalır

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


Kainatın dərinliklərindən Yer planetinə ötürülən radiosiqnallar artır. Astronomlar növbəti dəfə qəribə radiosiqnallar qeydə alsalar da, onların mənbəyi hələ ki, sirr olaraq qalır.
Reyting.az
bildirir ki, alimlər sirli ulduz duetlərini təqib edirlər.
Məlumata görə, tədqiqat fenomeninin unikallığını vurğulayan qeyri-adi uzun və güclü radiopartlayışları ilə üçüncü ulduz da aşkara çıxarılıb.
"GLEAM-X J0704-37" adlanan obyekt Yer planetindən 5000 işıq ili uzaqlıqda yerləşir və yanıb-sönmə hər 2,9 saatdan bir 30-60 saniyə davam edir.
Alimlərin fikrincə, bu kosmik mənbə ikili ulduz sistemi - qırmızı və ağ cırtdan ilə əlaqəlidir.
Beynəlxalq Radio Astronomiya Tədqiqatları Mərkəzinin əməkdaşı, astrofizik Nataşa Herli-Uolkerin sözlərinə görə, əvvəllər ulduzların mənşəyindəki mövcud sıxlıq səbəbindən bu cür siqnalları öyrənmək çox çətin olub. Lakin indi vəziyyət dəyişib, yeni obyekt nisbətən boş ərazidə aşkar edilib ki, bu da axtarışları genişləndirməyə imkan yaradıb.
Herli-Uolker deyib ki, bu, əslində radiodalğaları yaradan ulduz sistemi strukturudur.
Xatırladaq ki, "GLEAM-X J162759.5-523504.3" ilk belə dalğa ötürən obyekt kimi 2022-ci ildən kəşf edilib. Onun partlamaları hər 18,18 dəqiqədən bir 30 ilə 60 saniyə arasında davam etsə də, 2018-ci ilin martından fəaliyyəti qəfil dayanıb. Beləliklə, 2023-cü ildə "GPM J1839-10" adlı ikinci mənbə, hər 22 dəqiqədən bir ümumilikdə beş dəqiqəlik partlayışlarla kəşf olunub. Daha sonra alimlərə məlum olub ki, belə davamlı partlayışların ardınca və qısa bir fasilə ilə radiosiqnalların Yer kürəsinə ötürülməsi 1988-ci ildən bəri indiyədək davam edir.
"GLEAM-X J0704-37" spektrinin tədqiqi mənbənin ağ cırtdanla qoşalaşan qırmızı cırtdan olduğunu ortaya qoyub. Alimlərə məlum olub ki, qırmızı cırtdanlar böyük qüvvədir, üstəlik, onlar Süd yolundakı ulduzların 70 faizini təşkil edir, lakin kiçik olduqlarından adi gözlə görünmür. Ağ cırtdanlar güclü radiasiyanı yarada bilən ölü ulduzların qalıqlarıdır, həmçinin sistemdə ağ cırtdanın maddəni öz qırmızı yoldaşından ayırmaqla, davamlı şəkildə radiodalğalar yaratdığı düşünülür.
“Radiosiqnallar şüurun, yoxsa kosmik bir prosesin məhsuludur, - sualı da çox sirli təsir bağışlayır, lakin biz tədqiqatlara və əldə edilənlərə inanmağa məhkumuq. Axı bu, bizim qalaktikamızda qeyri-adi, həm də ən nadir obyektlərdən biri ola bilər - ağ cırtdan pulsar", - söyləyən elm adamları yekdil fikirdədirlər.
Hələlik bu siqnalların yadplanetlilər tərəfindən göndərilmə ehtimalı alimlər üçün qeyri-ciddi sayıldığından onlar tamamilə diqqəti digər sahələrdə aparılan elmi araşdırmalara yönəldiblər.
Ümumilikdə ölü ulduzların qalıqları kimi qəbul edilən ağ və qırmızı cırtdanlardan bəhs olunan yeni nəzəriyyənin tam təsdiq edilməsi üçün alimlər radio, həmçinin ultrabənövşəyi diapazonlarda əlavə elmi müşahidələr planlaşdırırlar.

Oqtay QORÇU

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://reyting.az
archiveBu xəbər 18 Dekabr 2024 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri