Icma.az
close
up
RU
Yerli əhali ona cəhənnəm qapısı deyir: hər il bir az da böyüyür

Yerli əhali ona cəhənnəm qapısı deyir: hər il bir az da böyüyür

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Yakutiya bölgəsində yerləşən, mükəmməl halqa formasına malik nəhəng geoloji törəmə peyk görüntüləri vasitəsilə yenidən müzakirə mövzusuna çevrilib. İlk baxışdan meteorit krateri və ya sönmüş vulkan hesab edilən bu çuxurun, əslində əriyən donmuş torpaq qatı səbəbindən yaranan nəhəng bir çöküntü olduğu bildirilir.

Milli.Az xəbər verir ki, NASA peyklərinin də qeydə aldığı Batateka krateri Verxoyansk dağlarının yaxınlığında yerləşir. Dünyanın ən sərt iqlimlərindən birinə sahib olan Yakutiyadakı bu formasiyanın əslində nəhəng bir "termokarst çuxuru" olduğu müəyyən edilib. Ekspertlər bu strukturun daimi donuşluq dərəcəsində olan torpağın (permafrost) əriməsi nəticəsində ortaya çıxdığını açıqlayıblar.

Uzaqdan nəhəng göy cismi kraterini xatırladan bu geoloji strukturun mərkəz hissəsində çökmə baş verdiyi, ətrafındakı halqavari sahənin isə illər keçdikcə genişləndiyi sübut edilib. Yerli əhali arasında "cəhənnəmə açılan qapı" kimi tanınan bu ərazinin getdikcə böyüməsi diqqət çəkir.

Tədqiqatçıların fikrincə, bu proses 1960-cı illərdə bölgədəki meşələrin qırılması ilə başlayıb. Bitki örtüyünün yox olması ilə birlikdə donmuş torpaq təbəqəsi birbaşa günəş işığına məruz qalıb. Bu vəziyyət buzlu zəminin əriməsinə səbəb olub və nəhəng çöküntü meydana gəlib. Hazırda dərinliyi təxminən 100 metrə çatan çuxurun hər il bir az da genişləndiyi qeyd olunur. Bəzi illərdə kənar nahiyələrdə ərimə sürətinin 30 metrə qədər çatdığı qeydə alınıb. Elm adamları bu vəziyyətin qlobal istiləşmənin fəsadlarını bariz şəkildə nümayiş etdirdiyini bildirirlər.

Yakutiyadakı nəhəng çuxur təkcə görüntüsü ilə deyil, həm də üzə çıxardığı tarixi tapıntılarla diqqət çəkir. Ərazidə aparılan araşdırmalar zamanı mamont, müşk öküzü və tarixdən əvvəlki dövrlərə aid at növlərinin fosilləri (daşlaşmış qalıqları) tapılıb. Bundan əlavə, yüz minlərlə il əvvələ aid bitki və tozcuq nümunələri də gün işığına çıxarılıb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, əriyən permafrost təbəqəsi təkcə geoloji deyil, həm də iqlim baxımından ciddi risklər daşıyır. Çünki torpağın əriməsi zamanı onun altında həbs qalan böyük miqdarda karbon qazı atmosferə qarışır və bu da qlobal istiləşməni daha da sürətləndirir. NASA və beynəlxalq tədqiqat qrupları Yakutiyadakı bu qeyri-adi təbiət hadisəsini yaxından izləməyə davam edir. Regional dəyişikliyin növbəti illərdə daha da sürətlənə biləcəyi proqnozlaşdırılır.
Lalə Qüdrətova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 May 2026 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri