Icma.az
close
up
RU
Yermak qalmaqalı Zelenski hakimiyyətini sarsıdır: Kiyevdə güc balansı dəyişir

Yermak qalmaqalı Zelenski hakimiyyətini sarsıdır: Kiyevdə güc balansı dəyişir

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın ətrafında yaranan korrupsiya qalmaqalı Volodimir Zelenski hakimiyyətinə həm daxili, həm də xarici təzyiqi artırıb.

“Kölgə rəhbər” kimi tanınan Yermakın istefası artıq həm müxalifət, həm də hakim partiya daxilindən tələb olunur. Bu skandal Kiyevdə güc balansını pozur və Ukraynanın Qərblə münasibətlərində yeni risklər yaradır.

Bəs görəsən, Yermak qalmaqalı Zelenskinin hakimiyyət daxilində güc balansını nə dərəcədə pozur?

Yermakın istefası real siyasi nəticələr doğura bilər, yoxsa bu yalnız ictimai narazılığın sakitləşdirilməsi üçündür?

Əslində, Yermak qalmaqalı Zelenski komandasında uzun müddət formalaşmış güc piramidasını ciddi şəkildə sarsıdır. Çünki Yermak təkcə Prezident Administrasiyasının rəhbəri deyildi, o, faktiki olaraq Ukraynada siyasi qərarların mühüm hissəsini koordinasiya edən “filtr mexanizmi” idi. Qərblə danışıqlardan tutmuş, daxili siyasi təyinatlara qədər bir çox proses Yermakın masasından keçirdi.

Sözügedən skandal bir neçə kritik məsələni üzə çıxarır.

Hər şeydən əvvəl komandanın içində artıq Yermaksız alternativ qərarvericilik mərkəzləri yaranır. Hakim partiya daxilində tənqidlərin səslənməsi bunu açıq göstərir.

Daha sonra demək olar ki, Zelenski-Yermak tandemi illərdir bir monolit kimi görünürdü, amma qalmaqal bu monolitin içində ciddi çatlar olduğunu açıqlaşdırdı. Elitalar arasındakı səssiz narazılıq indi açıq fazaya keçir.

Nəhayət, Qərbin Ukraynadakı korrupsiya ittihamlarına həssas reaksiyası Zelenskinin Yermak üzərində siyasi xərcini xeyli artırıb. Bu isə Zelenski üçün ən təhlükəli balans pozuntusudur: daxili dəstək zəifləyir, xarici etimad sorğulanır.

Nəticədə Yermak qalmaqalı Zelenskinin hakimiyyət içindəki nüfuzunu birbaşa hədəfə alır. Bu da artıq tək bir fiqurun reputasiya zədəsi deyil, güc arxitekturasının yenidən qurulması riskidir.

Yermakın istefası həm də iki fərqli ssenariyə bölünür və hər ikisi Ukrayna siyasəti üçün mühüm nəticələr yaradır.

Birinci ssenari odur ki, istefa real siyasi nəticə kimi qiymətləndiriləcək.

Digər bir ssenari isə odur ki, istefanın yubadılması narazılığı sakitləşdirmək üçün ola bilər.

Yox, əgər proses uzadılarsa və Yermak vəzifədə saxlanılarsa, bu tam başqa nəticələr yaradar. Daha dəqiq desək, cəmiyyətin güvənsizliyini artıracaq və Zelenski komandasında şəffaflıq böhranını dərinləşdirəcək.

Elmar

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Noyabr 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri