Icma.az
close
up
RU
Yerusəlimdə Azərbaycanla bağlı iclas keçiriləcək

Yerusəlimdə Azərbaycanla bağlı iclas keçiriləcək

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Yerusəlimdə Azərbaycan və İsrail Hökumətlərarası Birgə Komissiyanın 4-cü iclası keçiriləcək.

Bu barədə Globalinfo.az–a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, iclasla bağlı Azərbaycan-İsrail Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailə səfəri artıq başlayıb.

Səfər çərçivəsində nazir İsrailin maliyyə naziri, Birgə Komissiyanın digər həmsədri Zeev Elkin ilə görüşüb.

Görüşdə Komissiyanın fəaliyyəti, ikitərəfli iqtisadi əlaqələrin inkişaf perspektivləri və biznes tərəfdaşlığının genişləndirilməsi imkanları müzakirə edilib.

Xatırladaq ki, Azərbaycan–İsrail Hökumətlərarası Birgə Komissiyasının əvvəlki iclası 2023-cü ilin aprelində Bakıda, iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin xarici işlər naziri Eli Koenin həmsədrliyi ilə keçirilib. Həmin iclasın yekununda tərəflər bir sıra sənədlər imzalayıblar. Bunlara ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş, 2023–2026-cı illər üçün təhsil sahəsində əməkdaşlıq proqramı, Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrail Milli Texnologiya İdarəsi arasında texnoloji innovasiyalar sahəsində Birgə Bəyannamə daxildir. Bundan başqa, SOCAR ilə İsrailin “Union Energy” şirkəti arasında əməkdaşlıq haqqında Saziş, “Azərsu” ASC ilə İsrailin milli su şirkəti “Mekorot” arasında Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan və İsrail arasında ticarət dövriyyəsi 69 milyon 643,45 min ABŞ dolları təşkil edib. Azərbaycanın İsrailə ixracı 21 milyon 472,45 min ABŞ dolları olub ki, bu da ölkənin ümumi ixracının 0,10 %-inə bərabərdir. İsraildən idxal isə 48 milyon 171 min ABŞ dolları təşkil edib və ümumi idxalın 0,25 %-ni təşkil edib.

Bu ilin birinci yarısında Azərbaycanın İsrail iqtisadiyyatına birbaşa xarici investisiyaları 542 milyon 543 min ABŞ dolları səviyyəsində olub. İllik müqayisədə investisiya həcmi 1 356 dəfə və ya 542 milyon 143 min ABŞ dolları artıb. İsrail istiqaməti Azərbaycanın ümumi birbaşa xarici investisiyalarının 40,2 %-ni təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri