Icma.az
close
up
RU
Yetim böyüdü, dostlarını qapıdan qovdu Əməkdar artistin acı taleyi

Yetim böyüdü, dostlarını qapıdan qovdu Əməkdar artistin acı taleyi

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Bu gün mərhum sənətkar, Əməkdar artist Fatma Mehrəliyevanın anım günüdür.

Kulis.az bu münasibətlə xanəndə haqqında maraqlı faktları təqdim edir.

Fatma Yusif qızı Mehrəliyeva 1926-cı ildə Quba rayonunda anadan olub. Fatma xanım uşaqlıqdan çox çətinliklər görüb. 3-4 yaşlarında olarkən anası vəfat edib. Onu bir müddət Quba rayonunun İspik kəndində yaşayan xalası Əsməgül himayə edib. Xalasını yaddan çıxarmayan sənətkar gənclik illərində tez-tez onu yad edər, İspik kəndinə qonaq gələrmiş.

***

Hələ kiçik yaşlarından öz səsi ilə qohum-qonşunun, müəllimlərinin sevgisini qazanan Fatma Qubada orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərərmiş. Müəllimləri onun bu məharətini dəyərləndirərək balaca Fatmanı bir musiqi festivalında iştirak etmək üçün Bakıya göndərir. Festivalda “Qubanın ağ alması” xalq mahnısını ifa edən 11 yaşlı qızcığazın ifası dahi Üzeyir Hacıbəyovun diqqətini cəlb edir.

Üzeyir bəylə tanışlığı Fatma Mehrəliyevanın həyatında böyük rol oynayır. Üzeyir bəy ona əsl ata qayğısı göstərir. Fatmanı məktəbdə oxudur, ona musiqi təhsili alması üçün şərait yaradır. Beləcə, Üzeyir bəyin xeyir-duası Mehrəliyeva üçün uzun həyat yolunda yaşıl işığa çevrilir.

***

Mehrəliyeva xanəndəlik fəaliyyətinə 1940-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının nəzdində "Sazçı qızlar" ansamblında başlayır. Geniş konsert salonlarında bir-birinin ardınca uğurlu çıxışlar edən Fatma Mehrəliyevanın sorağı bütün Azərbaycana yayılır.

***

1941-1945-ci illərdə Böyük Vətən Müharibəsi də Fatma xanımın həyatına təsirsiz ötüşmür. O, tez-tez cəbhədə hərbçilərin qarşısında çıxış edir. Fatma xanımın cəbhə repertuarında Üzeyir Hacıbəyovun vətənpərvərlik nəğmələri geniş yer tutur. Bəstəkarın Səməd Vurğunun sözlərinə bəstələdiyi "Şəfqət bacısı" mahnısının ilk ifaçısı məhz Fatma Mehrəliyeva olub. Lakin həmin ifanın lent yazısı qalmayıb.

Rejissor Rza Təhmasib 1945-ci ildə "Arşın mal alan" filmini lentə alanda Telli obrazını heç düşünmədən Fatma Mehrəliyevaya həvalə edir.

***

Azərbaycan ifaçılıq sənətində adı hörmətlə çəkilən Fatma xanım 1960-cı ildə Əməkdar artist fəxri adına layiq görülür. Ondan bizə yadigar qalan və qorunan nəğmələri – "Qubanın ağ alması", "Azərbaycan maralı", "Ahu kimi", "Qaragilə" hələ də sevilir. Amma bu lent yazıları içərisində "Kəsmə şikəstə"nin müstəsna yeri var. Elə ona görə də sənətkarlar bəzən bu muğama "Fatma şikəstəsi" də deyirlər.

Qohumları deyir ki, 90-cı illərin əvvəllərində Fatma xanım bir qədər diqqətdən kənarda qalır və səhnədən uzaqlaşmağa başlayır. Böyük sənətkarın qohumu Balaşirin Hacıməmmədov o illəri belə xatırlayır:

"Sonuncu dəfə o, dayım oğlunun toyunda iştirak edib. Səhv etmirəmsə, 87-ci il idi. Gözəl bir mahnı oxudu, rəqs də etdi. Sonradan heç yerdə görünmədi. Bir dəfə televiziyada hansısa kanaldan onun evinə çəkilişə getmişdilər. Qapını gələnlərin üzünə çırpıb demişdi ki, məni bu vaxta qədər yada salmayıblarsa, bundan sonra da ehtiyacım yoxdur".

Fatma xanım xəstə olanda onu heç kim axtarmırdı. Qubadakı evinə gedib, özünə qapıldı. Həyatının son günlərini yaşadığı zaman sənət dostları onu görməyə getmişdilər. Ancaq o sənət dostlarına da dedi ki, siz mənə hansı qapını açdınız ki, bu gün mən də sizin üzünüzə qapı açım?

***

Xalq artisti, rejissor Vasif Babayev Fatma xanımla bağlı xatirələrini belə bölüşüb:

"Fatma xanım həm qayğısızlıqdan, təklikdən əziyyət çəkirdi, həm də onun maddi problemləri var idi. Həyat yoldaşı yox idi, aldığı məvacib də ona çatmırdı. Çox pis vəziyyətə düşmüşdü. Hətta bayıra çıxmağa da utanırdı. O, möhtəşəm qadın idi. Təsəvvür edin, öz evində oxumağa başlayanda hamı – bütün İçərişəhər sakit dayanıb onun səsinə qulaq asırdı. O, sənətinin zirvəsində olanda belə bəzi toylara təmənnasız gedirdi".

Ömrünün son illərini faciəli şəkildə yaşayan unudulmaz sənətkar – Fatma xanım Mehrəliyeva 2000-ci il yanvarın 4-də vəfat edib.

"Şaxta Baba haradadır?" tamaşasının premyerası keçirildi Qulu Məhərrəmli: "Əleyhimə kampaniya gedəndə bu nüansı qabardırlar" - Müsahibə Filarmoniyada Ümummilli Liderin xatirəsinə həsr olunan anım gecəsi keçirildi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 Yanvar 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri