Icma.az
close
up
RU
Yetimxanada böyüyən qız Chanel i necə qurdu?

Yetimxanada böyüyən qız Chanel i necə qurdu?

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir çoxlarının sevərək istifadə etdiyi, kolleksiyalarını daim izləyərək öz stillərinə uyğunlaşdırmağa çalışdığı markanın təməlində yetimxanada böyüyən bir qızın mübarizəsi dayanır. 

Bakıvaxtı.az valyuta.az-a istinadən xəbər verir ki, onun yaratdığı marka hələ də öz biznesinin kuliminasiya nöqtəsindədir. Bu biznesin təməlində mübarizələrlə dolu bir marka hekayəsi dayanır. “Chanel” markasının uğurlu görünən yolunun təməlini məhz Gabrielle Bonheur qoyub.

Gabrielle Bonheur Chanel 19 avqust 1883-cü ildə Fransanın Saumur şəhərində Albert Chanel və Eugénie Jeanne Devolle-nin ailəsində dünyaya gəlib.

Hər şey yaxşı getsəydi, onlar bir ferma evində yaşaya bilərdilər. Lakin Eugénie 31 yaşında bronxitdən vəfat edir və Albert Gabrielle cəmi 12 yaşında olarkən onu yetimxanaya qoyur. Onun həyat hekayəsində çoxlu boşluqların və sirli məqamların olmasının səbəbi isə Madmuazelin səfil uşaqlığından bütün həyatı boyu utanmasıdır.

Gabrielle, Aubazine uşaq evində qaldığı 6 il ərzində tikiş tikməyi öyrənir. Daha sonra dərzi kimi iş tapır və ara-sıra La Rotonde kabaresində müğənnəlik edir. “Coco” ləqəbini də oxuduğu mahnılardan biri olan “Qui Qu’a Vu Coco?” mahnısından götürür.

1905-ci ildə gənc və varlı şəhər zadəganı Etienne Balsan onun həyatına daxil olur və Koko Balsanın malikanəsində başlayan yeni həyatının bütün üstünlüklərindən yararlanmağa başlayır. 1908-ci ilin yazında isə Balsanın dostu, polo oyunçusu Arthur Edward “Boy” Capel ilə tanış olur. Arthur Cocoya papaq butiki açmağı məsləhət görür və onu maliyyə baxımından dəstəkləyəcəyinə söz verir. Sonralar onların həm şəxsi, həm də iş tərəfdaşlığı yaranır.

Lakin karyerasının başlamasına kömək edən Balsana sadiq qalan Coco, onun malikanəsindən Parisdəki, əsasən məşuqələrini gətirdiyi evə köçür və burada öz məhsullarını hazırlamağa başlayır. Coco-nun ilk müştəriləri Balsanın məşuqələri olur. Onlar da öz növbəsində dostlarına bu istedadlı qadın haqqında danışırlar. İşlər o qədər yaxşı getməyə başlayır ki, subay bir kişiyə məxsus bu ev artıq Coco üçün dar gəlir.

Nəhayət, 1910-cu ildə Coco Balsandan ayrılır və Arturla birlikdə yaşamağa başlayır. Elə həmin il lisenziyalı papaq dizayneri olur və 21 Rue Cambon ünvanında Chanel Modes adlandırdığı butiki açır. Qısa müddət ərzində bu küçə dünya miqyasında məşhurlaşır və onun adı ilə tanınmağa başlayır.

1913-cü ilə gəldikdə Deauville şəhərində daha bir butik açır. Xəyallardakı papaqları dizayn edən bu qadın artıq öz qadın geyimləri kolleksiyasını yaratmaq istəyir. Geyim dizayneri lisenziyası olmadığı üçün qanuni problemlə üzləşmək təhlükəsinə qarşı Coco bir həll yolu tapır: geyimləri o dövrdə yalnız kişi alt paltarlarında istifadə olunan trikotaj parçadan (jersey) hazırlayır. Beləcə, moda tarixi öz inqilabçısı ilə tanış olur.

Geyimlərinin eskizlərini çəkməyən və onları əvvəlcədən tikməyən Coco adətən işləyərkən manekenin üzərinə bir parça atır, arzuladığı siluet yaranana qədər parçanı kəsir və iynələrlə bərkidir. Onun moda dünyasına və qadın qarderobuna qazandırdığı demək olar ki, bütün zamansız geyim nümunələrinin hekayəsi məhz bu dövrdə başlayır.

1919-cu ildə sevgilisi Arturun avtomobil qəzasında həyatını itirməsindən sonra yasını qara rənglə tutmağa qərar verir. Bu rəngi gündəlik həyata zərif şəkildə daxil edərək məşhur kiçik qara donu yaradır.

Coconun kişilərdən götürdüyü yeganə şey geyimlər deyildi. Saçlara qulluq etmək asan olduğu üçün saçlarını kəsdirir və qısa saçları ilə insanların qarşısına qürurla çıxır. Həmin dövrə qədər qadınların uzun saçlı olması gözlənilirdi və onun bu addımı bütün qaydaları alt-üst edir.

1920-ci ilin yayında Coco Biarritzdə daha bir butik açır. Bu müddətdə rus siyasi mühaciri, knyaz Dmitri Pavloviçlə tanış olur. Ekzotik sevgilisindən yeni fikirlər öyrənən və ilham alan Coco, yenə Dmitrinin vasitəsilə tanış olduğu rus ətriyyatçı ilə uzunmüddətli araşdırma və iş prosesinə başlayır. Təcrübələrlə keçən ayların ardından ona təqdim olunan on nümunə arasından Coco 5-ci nümunəni seçir.

Təbii essensiyalarla deyil, sintetik komponentlərlə hazırlanması ilə seçilən ilk ətirlərdən biri olan Chanel No. 5 bu gün də dünyanın ən çox satılan ətirlərindən biridir.

I Dünya müharibəsi zamanı Parisdə qalaraq fəaliyyətini davam etdirsə də, II Dünya müharibəsi Coco üçün yaxşı keçmir. SS general-mayoru Walter Friedrich Schellenberg ilə münasibətdə olduğu iddiası ilə bir neçə saatlıq saxlanıldıqdan sonra sərbəst buraxılır. Bu hadisədən qısa müddət sonra İsveçrəyə köçür və təxminən on ilini orada keçirir.

Müharibədən sonra Fransa demək olar ki, hər yerdə peyda olan dizaynerlərlə dolub-daşır. Onlardan biri də gənc moda dizayneri Christian Dior olur. Coco Chanelin dizaynlarını “Qara bir sviter və on sıra mirvari ilə moda dünyasında inqilab etdi” deyərək tənqid edən Dior həmin dövrdə qadınları çiçəklərə bənzər şəkildə geyindirirdi.

Coco Chanel Parisə qayıdır və “Daha əvvəl heç bir qadınla münasibətdə olmamış, qadınları tanımayan və qadın olmağı arzulayan bir kişinin hazırladığı paltarları geyinən qadınların nə qədər gülünc göründüyünə baxın” deyərək sevimli oteli Ritzdə iki otaq tutur və yeni kolleksiyasını hazırlayır.

Coco kolleksiyasının uğursuzluğunun əvəzini çıxmaq üçün istiqamətini Amerikaya çevirir. Xüsusilə kiçik qara donun yaratdığı böyük təsir onu buradakı qadınlar arasında öncül mövqeyə gətirir. Bu illərdə Pink Chanel kostyumunu yaradır. Bu kostyum 1963-cü ildə ABŞ Prezidenti Con F. Kennedi güllələndiyi zaman həyat yoldaşı Jaklin Kennedinin üzərində olan kostyum idi.

Ən zərif zövqlərin və trendlərin öncülü olan Coco Chanel, pencəyin düymələri varsa, onların mütləq düymələnməli olduğuna inanacaq qədər detallara önəm verən, işləyən qadınların siqaret qutularını qoya bilmələri üçün ətəkləri ciblə dizayn edən qədər funksional düşünən, rahatlığa böyük əhəmiyyət verən və zərifliyi ləyaqətlə daşıyan bir dizayner idi.

O, iş saatlarında deyil, istirahət günündə Ritzdəki otağında yuxuda sakitcə həyatını itirir. Markanın bu qədər uğurlu olmasının səbəbini elə özü deyir: “Uğur, məğlubiyyəti qəbul etməyənlərindir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Avqust 2026 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri