Yetkinlik bəyannaməsi: Paşinyan yenidən konstitusiyanı müdafiə etdi
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Ermənistan baş naziri Nikol Paşinyan yenidən Ermənistan konstitusiyası, daha dəqiq desək, qonşu ölkələrə qarşı ərazi iddialarının məzmunu ilə bağlı bəyanat verib. O, "X" sosial şəbəkəsindəki hesabında belə yazıb: "Ermənistan Konstitusiya Məhkəməsi 26 sentyabr tarixli qərarında qeyd edib ki, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yalnız Konstitusiyanın maddələrində təsbit olunmuş müddəalara aiddir".
Yəni Paşinyan yenidən bəyan edib ki, Ermənistanın konstitusiya ilə bağlı heç bir problemi yoxdur. Bu da eyni zamanda sülh prosesinin bu bəndi üzrə heç bir irəliləyişin olmadığını göstərir. 2026-cı ildə keçiriləcək parlament seçkilərini nəzərə alsaq, belə bir irəliləyiş ola da bilməz.
Oxu.Az xəbər verir ki, bu barədə "Calibler"in "YouTube" səhifəsində yayımlanan yeni süjetdə bildirilir.
Qeyd olunur ki, Paşinyan və komandası parlamentdə partiyasının çoxluğunu qoruyub saxlamaq və özünün baş nazir kürsüsündə qalması üçün erməni cəmiyyətində Azərbaycana "güzəşt" kimi qəbul edilə biləcək hər hansı kəskin qərarlardan çəkinəcək.
Ətraflı süjetdə:
Yetkinlik bəyannaməsi: Paşinyan yenidən konstitusiyanı "müdafiə etdi"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 12 Dekabr 2024 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















