Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Nəcibənin toyudur Fotolar

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Yevlax Su Meliorasiya İdarəsində özbaşınalıq

Yevlax Su Meliorasiya İdarəsində özbaşınalıq

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Yevlax rayonu ərazisində fəaliyyət göstərən Yevlax Su Meliorasiya İdarəsində vəziyyət artıq özbaşınalığın son həddinə çatıb.
Newscenter.az-a daxil olan şikayət ərizəsində qeyd edilir ki, İdarənin rəisi Tural Mahmudov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət mülkiyyətinə məxsus olan, xüsusilə təyinatı yeraltı qurunt sularının yığılaraq daşınması hesab edilən Mil-Qarabağ və digər kollektorların qarşısını ikidən çox nöqtələrdə qanunsuz şəkildə torpaq bənd vurulmaqla kəsdirib. İdarə rəisi suvarmaya yararsız şor suyu fermerlərə suvarma suyu adı altında sataraq şəxsi gəlir mənbəyinə çevirib. Əldə edilən vəsaitlər isə gizli yolla mənimsənilərək şəxsi maraqları üçün istifadə olunur.

Daxil olan məlumatda bildirilir ki, kollektorun qarşısı torpaq bəndlə bağlanıldığı halda bir sıra fəsadlar yarada bilər. Baş verə biləcək fəsadlar aşağıdakı kimi qruplaşdırılır.
* Yeraltı suyun axışı dayanır və geriyə təzyiq yaranır;
* Yeraltı su səviyyəsi qalxır, ekoloji fəsad  baş verir;
* Ətraf mühit çirklənir torpaqlar şorlaşma və zəhərlənmə riski altına düşür;
* Kollektorun boruları və drenaj sistemi zədələnə bilər;
* Nəticədə həm əkin sahələri şoranlaşır, həm də ətraf yaşayış yerləri zərər görə bilər;
* Su balansını pozur;
* Torpaq duzlaşması və eroziyasına səbəb olur;
* Ətraf kəndlərdə su basma riski yaradır;
* Dövlət su ehtiyatları mənimsənilir;
Bu fəaliyyətlər dövlət büdcəsinə və vətəndaş maraqlarına ağır zərbə kimi qiymətləndirilir.

Daha dəhşətlisi odur ki, Yevlax Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin balansında olan, təyinatı kəndlərdə əhalini  içməli su ilə təmin etmək olan, sərt sanitariya rejimində qorunması və nəzarəti  tələb edilən “Modul tipli” su təmizləyici qurğular baxımsız, nəzarətsiz olduğu və təyin olunmuş işçilərin iş yerinə çıxmadığı məlum olub.

Daxil olan fotoşəkillər xüsusi proqram vasitəsilə çəkildiyindən əyani olaraq görünür ki, iş saatı olmasına baxmayaraq operatorlar təhkim olunduğu nöqtədə deyil və qurğuların xidməti qapısı bağlı vəziyyətdədir. Bu qurğuların iş prinsipi qurğunun operatorunun nəzarəti altında suyun qurğuya qəbul edilərək çökdürülməsi, tərkibinə durulducu qatqıların və digər lazımı maddələrin qatılması, quraşdırılmış xüsusi sensorlar vasitəsilə suyun keyfiyyətinin davamlı olaraq ölçülməsindən ibarətdir. Ən təhlükəli və hüquqi cəhətdən ağır olan tərəfi odur ki, qurğunun nəzarətsiz vəziyyətində yəni işçi olmadan özbaşına fəaliyyət göstərməsi əhalini keyfiyyətsiz su ilə təmin etmək və ya kənar müdaxilə nəticəsində, kütləvi zəhərlənməyə, hətta birbaşa ölüm hallarının baş verməsinə və terrorçuluqla nəticələnə bilər. Keyfiyyətsiz su ilə yayılan xəstəliklərə qarın yatalağı, dizenteriya, tifo, xolera, hepatit A və E, giardiaz, kriptosporidioz kimi infeksiyalar daxildir. Məlumatda iddia edilir ki, bu qədər məsuliyyət tələb edən iş sahəsinin rəhbəri Tural Mahmudov ancaq  şəxsi mənafeyini güdür. Bildirilir ki, modul qurğularda təyin olunmuş işçilər rəsmi sənədlərdə “işləyir” kimi göstərilir və həmin şəxslərə maaş yazılır. İddialara görə, həmin maaşların bir hissəsi toplanaraq hamıya məlum kəsə çatdırılır. Bu, açıq-açığına “ölü canlar” sistemi və dövlət vəsaitlərinin mənimsənilməsi deməkdir.
 
İxtisasca hüquqşunas olan, meliorasiyadan anlayışı və təcrübəsi olmayan  Tural Mahmudov ona qarşı iddia edilən fəaliyyətlərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin aşağıdakı maddələrinə əsasən cinayət tərkibi yaratdığını da bilməmiş olmaz.
1 Maddə 179 – Mənimsəmə və ya israf etmə

Vəzifəli şəxsə etibar edilən və ya idarənin balansında olan dövlət əmlakının (bu halda kollektor suyu) şəxsi və ya qeyri-qanuni məqsədlərlə satılması.
Cəza:
•Böyük məbləğdə olduqda – 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə,
•Əgər qrup halında və ya təkrar baş veribsə – 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə.
2 Cinayət Məcəlləsinin 255-ci maddəsi — “Su obyektlərinin çirkləndirilməsi və ya onlardan qanunsuz istifadə”

Su ehtiyatlarının təyinatı üzrə istifadə edilməməsi, xüsusilə kollektor-drenaj sularının yönünün dəyişdirilməsi və satılması nəticəsində ekoloji zərər yaranarsa…

Cəza:

•2 ilədək azadlıqdan məhrumetmə və ya cərimə.
3 Cinayət Məcəlləsinin 308-ci maddəsi-“Vəzifə səlahiyyətlərindən sui-istifadə”

308.1.Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq
— öz qulluq və ya digər şəxslərin mənafelərini güdməklə,
— vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi,
əgər bu hərəkət vətəndaşların və ya təşkilatların hüquq və mənafelərinə, yaxud dövlətin qanunla qorunan mənafelərinə əhəmiyyətli zərər vurarsa,
→ iki min manatdan beş min manatadək cərimə və ya
→ üç ilədək vəzifə tutmaq hüququndan məhrum etmə və ya
→ iki ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır
308.2.Əgər bu əməllər:
•ağır nəticələrə səbəb olarsa (məsələn, ictimai təhlükə, maddi zərər, ekoloji fəsad və s.),
→ üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
4 CM-nin 313-cü maddəsi –Vəzifə saxtakarlığı

Əgər bu fəaliyyət sənədlərdə və hesabatlarda gizlədilirsə (məsələn, guya rəsmi suvarma aparılır kimi göstərilirsə).  Cəza: •2 ildən 3 ilədək azadlıqdan məhrumetmə və ya cərimə.
5 Azərbaycan Respublikası Cinayət Məcəlləsi — Maddə 314   “Səhlənkarlıq”

314.1.
Vəzifəli şəxs tərəfindən öz qulluq vəzifələrinin vicdansız və ya laqeyd yerinə yetirilməsi,
əgər bu hərəkət vətəndaşların və ya təşkilatların hüquq və mənafelərinə, yaxud dövlətin qanunla qorunan mənafelərinə əhəmiyyətli zərər vurarsa,
→ iki min manatdan beş min manatadək cərimə,və ya
→ üç ilədək vəzifə tutmaq hüququndan məhrum etmə,və ya
→ iki ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
314.2. Eyni əməllər,
əgər ağır nəticələrə (məsələn, insan ölümü, böyük maddi zərər, ekoloji fəlakət və s.) səbəb olarsa,
→ üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
-Sadə izahla:
Bu maddə o hallarda tətbiq olunur ki:
•Vəzifəli şəxs (məsələn, idarə rəisi,baş mühəndis və s.)
öz vəzifəsini düzgün yerinə yetirmir,
•Nəticədə dövlətə, əhaliyə və ya ətraf mühitə zərər dəyir.
Bu, qəsdən deyil, laqeydlik və ya məsuliyyətsizlik nəticəsində baş verən zərərdir.
-Nümunələr:
•Kollektor və drenaj sisteminə nəzarət etməmək, nəticədə su basması və torpaq şorlaşması baş verməsi;
•İçməli su qurğusunda təhlükəsizlik qaydalarına əməl etməmək, nəticədə su çirklənməsi və zəhərlənmə hadisəsi;
•Qanunsuz bənd və ya müdaxiləni vaxtında aşkar etməmək və ya tədbir görməmək;
•Texniki xidmət və baxımı icra etməmək, nəticədə dövlət əmlakının zərər görməsi

Hazırda Azərbaycan Respublikasında bütün dövlət orqanlarının və rəhbərliklərin fəaliyyəti Cənab Prezident İlham Əliyevin tapşırıqları, göstərişləri və müəyyən etdiyi islahat xətti əsasında həyata keçirilir.
Bu xüsusilə su təsərrüfatı, meliorasiya sistemlərində çox önəmli istiqamətlərdə özünü göstərir.
1. Prezidentin əsas tapşırıqları:
Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki:
•Dövlət məmurları xalq üçün işləməlidir,
•Hər bir rəhbər qanun çərçivəsində fəaliyyət göstərməlidir,
•Korrupsiya, sui-istifadə, səhlənkarlıq və məsuliyyətsizlik hallarına sıfır dözümlülük göstərilməlidir,
•Xüsusilə su ehtiyatlarının idarə olunması və drenaj-meliorasiya sistemlərinin qorunması məsələlərinə ciddi nəzarət olmalıdır.
2. Bu tapşırıqların icrasına uyğun olaraq:
Hesab edirik ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikaylov Dövlətin və vətəndaşların maraqlarının qorunmasına , Xidmət intizamı və şəffaf idarəetmə prinsiplərinə əsaslanaraq Səhlənkarlıq və vəzifəpozuntusu hallarının qarşısını almaq üçün Tural Mahmudovun əməlləri  haqqında məsuliyyəti qərar qəbul edəcək.
P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
Anar Əliyev
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 Noyabr 2025 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see509

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see329

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see287

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see213

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see196

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see156

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see148

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see147

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see145

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see140

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see139

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see137

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see136

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see132

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see129

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see129

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see128

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see128

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see127

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri