Yevlaxa yasa gedən ailə ağır qəzaya düşdü FOTO
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, bir ailənin 4 üzvü xəsarət alıb. Hadisə Bakı-Qazax magistral yolunun rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mitsubishi" markalı avtomobilin sürücüsü, 46 yaşlı Maqsud Qaraşov Gəncə istiqamətində hərəkət edərkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü Maqsud Qaraşov, onun anası 79 yaşlı Məxmər Qaraşova, həyat yoldaşı 35 yaşlı Aytac Qaraşova və 15 yaşlı oğlu müxtəlif dərəcəli xəsarət alıblar.
"Yevlaxa yas mərasiminə gedirdik. Yolda iki avtomobil maşınımızı sıxışdırdı. Yoldaşım onları vurmamaq üçün dönəndə maşınımız daşa çırpılıb üç dəfə fırlandı", - xəsarət alan Aytac Qaraşova söyləyib. (baku.tv)
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 08 Oktyabr 2025 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















