Icma.az
close
up
RU
Yevlaxda 14 il əvvəl tikintisinə icazə verilən obyekt indi reyestrə salınıb

Yevlaxda 14 il əvvəl tikintisinə icazə verilən obyekt indi reyestrə salınıb

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Yevlax şəhəri, Q. Quliyev küçəsində yerləşən qeyri-yaşayış (mağaza) binasına bir həftə əvvəl – may ayının 1-də Tikintilərin Dövlət Reyestri tərəfindən 90101002-3-2501-008544/0525 nömrəli kod verilib.
Tribunainfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, reyestrə daxil edilən qeyri-yaşayış binasının tikintisinə 14 il əvvəl – 13 dekabr 2011-ci il tarixində Yevlax Şəhər İcra Hakimiyyətinin 248 nömrəli sənədi əsasında icazə verilib.
Məlumat üçün bildirək ki, “Tikintilərin Dövlət Reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarının 4.2-ci maddəsində yazılır ki, tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir.
Lakin, qeyd olunan məlumatlardan da göründyü kimi, tikintisinə icazə verilən obyekt 14 ildən sonra reyesterə daxil edilib.
Onu da qeyd edək ki, qeyri-yaşayış binasının sifarişçisi Ruslan Qoca oğlu Səmədov, tikintiyə icazə verən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı isə Qoca Səmədov olub.
Xatırladaq ki, Qoca Səmədov 2011-ci ilin fevral ayından 2019-cu ilin oktyabr ayına kimi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı olub. 2019-cu il dekabrın 19-da Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra onun cəzası 5 il 9 aya endirilib. Sabiq icra başçısı səhhəti ilə bağlı şərti azadlığa buraxılıb və 2023-cü ilin dekabr ayında vəfat edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 08 May 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see14692

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see878

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see278

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see245

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see204

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see190

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see158

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see151

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see140

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see139

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see132

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see132

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see131

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see129

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see129

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see129

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see127

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see125

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see123

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri