Icma.az
close
up
RU
Yevlaxda 30 hektar sahədə yeni meşə salınır Foto

Yevlaxda 30 hektar sahədə yeni meşə salınır Foto

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Yevlax Rayon İcra Hakimiyyətinin rəsmilərinin, Azərbaycanda səfərdə olan Rusiya Elmlər Akademiyasının Aqroekologiya Federal Elmi Mərkəzinin nümayəndələrinin və rayon ictimaiyyətinin iştirakı ilə Yevlax rayonu ərazisində bir sıra tədbirlər təşkil olunub.

Teleqraf.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Yevlax rayonu Cırdaxan meşəbəyliyinin əvvəllər zərərverici və xəstəliklərə yoluxaraq qurumuş 30 hektar ərazisində aparılan meşəbərpa tədbirlərinə qatılıb. Sözügedən ərazidə ümumilikdə, 4700 ədəd Şərq çinarı və qara şam ağacı əkilib.

Qeyd edək ki, 30 hektar sahəni əhatə edən ərazinin artıq 27 hektarında meşə əkini işləri yekunlaşıb, növbəti günlərdə qalan ərazidə də Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən meşəbərpa tədbirləri davam etdiriləcək.
Daha sonra iqlim dəyişmələrinin meşə bitkilərinə təsirinin araşdırılması məqsədilə Meşələrin İnkişafı Xidməti ilə Rusiya Elmlər Akademiyasının Aqroekologiya Federal Elmi Mərkəzi arasında bu il imzalanmış meşə təsərrüfatının təkmilləşdirilməsi çərçivəsində elmi-praktik əməkdaşlıq haqqında Memoranduma uyğun olaraq Kür-Araz ovalığında və Samur çayının Azərbaycan və Rusiya hövzələri ətrafındakı meşələrdə aparılan elmi-tədqiqat işləri ətrafında müzakirələr aparılıb.
Tədbir iştirakçıları oduncağın əvəzedicisi olan tullantılardan hazırlanmış pelet xammalının istehsalı prosesinə baxış keçirib. Alternativ yanacaq növü olan pelet xammalının hazırlanması və sobalarda yanma prosesi nümayiş etdirilib.
Yekunda Kür çayının hövzəsinə 32000 ədəd balıq körpəsi buraxılaraq onların təbii artımına və bərpasına dəstək göstərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:269
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 11 Dekabr 2024 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri