Icma.az
close
up
RU
Yevlaxda Olimpiya Kompleksini tikən şirkət vergilərini vaxtında ödəmir

Yevlaxda Olimpiya Kompleksini tikən şirkət vergilərini vaxtında ödəmir

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Gənclər və İdman Nazirliyi “Hovers Group” MMC (VÖEN – 1501843641) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Müqavilənin şərtlərinə görə “Hovers Group” MMC Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisi işlərini həyata keçirəcək və qarşılığında 1 milyon 782 min 113 manat 87 qəpik alacaq.
Müqavilədə nəzərdə tutulan işlərin 29 iyul 2025-ci ildən 20 oktyabr 2025-ci il tarixinə kimi davam edəcəyi bildirilir.
Qeyd edək ki, 2011-ci ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 345 min 720 manat olan “Hovers Group” MMC -nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət, ev 73-də yerləşir.
MMC-nin qanuni təmsilçisi Zeynalov İlqar Adgözəl oğludur.
Məlumat üçün bildirək ki, Gənclər və İdman Nazirliyinin 1,8 milyon manatlıq müqavilə imzaladığı  “Hovers Group” MMC -nin hazırda dövlət büdcəsinə vaxtında ödənilməyən 10 min 613 manat60 qəpik vergi borcu var.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində göstərilir ki, vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olan şirkətlərin tender müsabiqəsində iştirakına yol verilmir.
Gənclər və İdman Nazirliyi satınalma prosesini dövlət satınalmaları vahid internet portalından kənar keçirdiyi üçün müqavilənin imzalanma tarixi bilinmir.
Bu səbəbdən də “Hovers Group” MMC -nin 10,6 min manatlıq vergi borcunun müqavilədən əvvəl, yoxsa sonra yarandığı məlum olmur.
Onu da bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla satınalmalar yalnız portal vasitəsilə həyata keçirilir.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 30 İyul 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri