Icma.az
close
up
RU
Yevlaxda qəbiristanlıqda baş verən qətl: Xaricdə gizlənən qatillərdən biri ağır cəza aldı

Yevlaxda qəbiristanlıqda baş verən qətl: Xaricdə gizlənən qatillərdən biri ağır cəza aldı

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yevlax rayonunda 13 il əvvəl qətl törətməkdə ittiham olunan Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Cavid Seyidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə 26 sentyabr 2012-ci ildə, saat 21 radələrində Yevlax rayonunun Havarlı kənd qəbiristanlığının yaxınlığında qeydə alınıb. Rauf Qarayevi öldürüb, onun atası Eldarı isə yaralayıblar.

Həmin dövrdə bu cinayəti törədən mütəşəkkil dəstənin üzvləri - Mehman Əmrahov, Xəyal Fərzanlı və Qasım Qasımov polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar. Onlar həmin dövrdə məhkəmə məsuliyyətinə cəlb olunublar.

Lakin mütəşəkkil dəstənin üzvlərindən Cavid Seyidov cinayət məsuliyyətindən yayınıb və uzun illər axtarışda olub. O, illər sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.

İstintaq araşdırması zamanı aydınlaşıb ki, mütəşəkkil dəstənin üzvləri narkotik alveri ilə bağlı olublar. Bu şəxslərdən biri narkotik alverçisinə onlara narkotik satmaması ilə bağlı hədə-qorxu gəlib. Münaqişədən sonra tərəflər arasında münasibətlər daha da kəskinləşib.

Onlar Havarlı kənd qəbiristanlığında görüş təyin ediblər, kimin daha güclü olmasını nümayış etdirmək istəyiblər. Görüş yerində də ağır cinayət hadisəsi baş verib.

Onun barəsində 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə), 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Şəkidə olan zaman Elgün ona zəng edib və harada olduğunu soruşub: "Mingəçevir şəhərinə gəldikdən sonra stadionda Elgünlə görüşdüm. Hadisə baş verənə qədər mövzunun nə olduğunu bilmədim. Adam çox olduğuna görə də bu barədə Elgündən heç nə soruşmadım. Daha sonra Azər adlı şəxs maşınla gəldi. Mən, Elgün, Mehman və Qasım birlikdə Havarlı kənd qəbiristanlığına getdik. Ora çatdıqdan sonra həmin ərazidə başqa maşınların da olduğunu gördüm. Hadisə yerinə çatandan sonra Azər və Qasım maşından düşmədilər. Elgün və Mehman maşından düşdülər. Ancaq mən düşərək maşının yaxınlığında dayandım. Hadisə zamanı heç kimi hədələməmişəm. Hadisə yerinə çatıb maşından düşəndən bir dəqiqə sonra, istintaq zamanı adını öyrəndiyim Eldar adlı şəxsin əlində avtomatla yaxınlaşaq atəş açdığını, Elgün, Mehman və Eldarın arasında mübahisə olduğunu gördüm. Amma kimin kimi vurduğunu və hansı xəsarətlər yetirdiyini bilməmişəm. Daha sonra maşına oturaraq Qasım və Azərlə birlikdə hadisə yerindən uzaqlaşaraq şəhərə getdim. Bir müddət sonra Elgün, Mehman və Elsevərlə görüşdüm. Həmin şəxslər mənə Şəkiyə getməyi təklif etdilər. Birlikdə Şəkiyə gəlib çatdıq. Mənim üstümdə biraz pul olduğu üçün Şəkiyə birgə gəldiyim şəxslər məndən onları Bakıya yola salmağı istədilər. Mən də tanış adamımın maşınına benzin tökərək həmin şəxsləri Bakıya yola saldım. Sonra qayıdaraq Gürcüstana getdim. Mənim bu hadisədə heç bir günahım yoxdur, heç kimi öldürməmişəm".

Təqsirləndirilən şəxs bildirib ki, onu hadisə yerinə Elgün çağırıb, amma nə məqsədlə ora getdiklərini bilməyib: "Elgün məni dəvət edəndə sadəcə "gəl görüşək" dedi. Elgünlə Mingəçevir şəhər stadionunda görüşmüşdüm. Elgün gələrək mənə "otur maşına, gedək" dedi və getdik. Ancaq hara və hansı səbəbə görə getdiyimizi bilmədim. Mən, Azər, Qasım, Elgün və Mehman birlikdə maşına oturaraq Havarlı kənd qəbiristanlığına getdik. Hadisə yerində maşın üzü yola tərəf dayanmışdı. Mən sürücünün arxasında əyləşmişdim. Elgün və Mehman isə məndən qabaqda olublar".

Təqsirləndirilən şəxs bildirib ki, cinayət işi ilə tanış olan zaman adını öyrəndiyi Eldar adlı şəxsin əlində olan silahla atəş açdığını, Elgün və Mehmanla münaqişə etdiyini görüb, daha sonra söyüşlər və güllə səsi eşidib: "Azərbaycanı tərk etdikdən sonra Elgün bu şəxslərə bildirib ki, hər şeyin səbəbkarının Cavid olduğunu desinlər. Hadisədən iki gün sonra Rusiyaya getdim. Mən Rusiyaya getməyi əvvəlcədən planlaşdırmışam. Hadisədən sonra qəbiristanlığa qayıtmamışam, hadisə yerində cəmi bir dəfə olmuşam".

Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli hökmü ilə Cavid Seyidov 13 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Hökmündən narazı qalan təqsirləndirilən şəxs, onun müdafiəçisi apellyasiya şikayətləri və dövlət ittihamçısı apellyasiya protesti verib.

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət və protest qismən təmin edilib, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Cavid Seyidov Cinayət Məcəlləsinin 221.3, 228.1 və 307.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə həmin maddələr üzrə ona cəza təyin olunmayıb.

Bundan başqa, dövlət ittihamçısının Cinayət Məcəlləsinin 307.1-ci maddəsi üzrə ittihamdan imtinası qəbul edilib və Cinayət Məcəlləsinin 307.1-ci maddəsi üzrə verilmiş ittiham ümumi ittihamdan xaric edilib.

Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Bundan sonra təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən kasasiya şikayəti verilib. Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, şikayət təmin olunmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 May 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see268

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see261

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see250

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see189

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see166

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see161

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see142

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see142

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see139

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see138

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see137

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see134

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see134

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see132

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see131

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see129

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see126

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see126

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see125

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri