Yevlaxda sahibkarlar üçün dövlət satınalmaları ilə bağlı ödənişsiz təlim keçiriləcək
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
2025-ci il 20 sentyabr tarixində İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi tərəfindən Yevlax KOB EVİNDƏ yerli sahibkarlar üçün “Dövlət satınalmalarının təşkili və idarə olunması” mövzusunda ödənişsiz təlim təşkil ediləcək.
"Cebheinfo.az" xəbər verir ki, təlim Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə həyata keçirilir.
Tədbirin əsas məqsədi sahibkarların dövlət satınalmaları sahəsində maarifləndirilməsi, onların bu proseslərdə daha aktiv iştirakına şərait yaratmaqdır. Təlimdə iştirak edən sahibkarlar dövlət satınalmalarının hüquqi çərçivəsi, tenderlərin təşkili və idarə olunması ilə bağlı praktiki biliklər əldə edəcəklər.
Qeyd edək ki, təlimdə iştirak tamamilə ödənişsizdir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 19 Sentyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















