Yevlaxda tibbi müayinə və maarifləndirmə aksiyası keçirilib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 20 avqust, AZƏRTAC
Yevlax şəhərində “Erkən müayinə can qurtarır!” adlı səyyar tibbi müayinə və maarifləndirmə aksiyası təşkil olunub.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, PAŞA Holdingin və Səhiyyə Nazirliyinin dəstəyi ilə reallaşan tədbirin əsas məqsədi regionda ictimai sağlamlıq savadlılığını artırmaq, erkən diaqnostikanın əhəmiyyətinə diqqət çəkmək və əhali üçün əlçatan tibbi xidmət imkanlarını genişləndirməkdir.
Gün ərzində aksiyada Yevlax və ətraf rayon sakinlərinin müayinəsi həyata keçirilib.
Aksiyaya qanda şəkər və arterial təzyiqin ölçülməsi, ilkin laborator analizlər, terapevt, nevropatoloq, pediatr və endokrinoloq müayinələri, tibbi məsləhət və yönləndirmələr daxil olub.
Səyyar tibbi heyət tərəfindən risk qrupuna daxil olan şəxslər müəyyənləşdirilərək, onlara fərdi sağlamlıq tövsiyələri verilib, qanda şəkər səviyyəsində pozuntular aşkarlanan şəxslərə qlükometr cihazları hədiyyə edilib. Ümumilikdə müayinələr vaxtı 270 nəfər həkim tövsiyələrindən yararlanıb, 75 nəfər diabet xəstəsinə isə qlükometr cihazı verilib. Bu, onların gündəlik qlikemik nəzarətini asanlaşdırmaqla yanaşı, uzunmüddətli fəsadların qarşısının alınmasına yönəlmiş mühüm addımdır. Aksiya zamanı azyaşlı pasiyentlərə rəngləmə kitabçaları və rəngli qələmlər təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 21 Avqust 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















