Yevlaxda “Toyota” yandı Video Foto Yenilənib
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə “TOT Oil” yanacaqdoldurma məntəqəsində qeydə alınıb.
Belə ki, “Toyota Corolla” markalı avtomobilə yanacaq doldurularkən yanacaq çənində yanğın baş verib.
Yanğın nəticəsində avtomobilin yanar hissələri, həmçinin yük yerində olan 8 ədəd 20 litrlik plastik və dəmir qabda yanacaq yanıb. Yüksək temperaturun təsirindən yanacaqpaylayıcı kalonkanın idarəetmə lövhəsi qarsalanıb.
Hadisə zamanı avtomobilin sürücüsü qol nahiyəsindən yanıq xəsarəti alıb. O, təcili tibbi yardım briqadasına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
FHN-in məlumatına görə, Yevlax şəhəri ərazisində avtomobildə yanğın baş verib.
Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanacaqdoldurma məntəqəsinin ərazisində “Toyota” markalı minik avtomobilində yanğın baş verdiyi və məntəqə ərazisinə yayılma riskinin yüksək olduğu müəyyən olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən məntəqənin ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları, yük hissəsinə yığılmış hər birinin tutumu 20 litr olan 8 ədəd yanacaqla dolu plastik və dəmir qab yanıb, məntəqədə bir ədəd pompanın idarəetmə lövhəsi deformasiya edib.
Yanacaqdoldurma məntəqəsi və ətraf ərazilər yanğından mühafizə olunub.
Ziya Əmirxanlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 25 Avqust 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















