Icma.az
close
up
RU
Yevlaxda “Xalqına Zəfərlər yaşadan Lider” adlı tədbir keçirilib Fotolar

Yevlaxda “Xalqına Zəfərlər yaşadan Lider” adlı tədbir keçirilib Fotolar

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Prezident İlham Əliyevin ilk dəfə prezident seçilməsinin iyimi ikinci illiyinə həsr olunmuş “Xalqına Zəfərlər yaşadan Lider” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, deputat Əli Hüseynli və İlham Məmmədov, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi əlilləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Xalqımızın Ümmilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, dahi şəxsiyyətin müqəddəs xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Prezident İlham Əliyevin müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bildirib ki, 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində xalqımız müdrik seçim edərək Ümummili Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan İlham Əliyevə etimad göstərdi: “Həmin gün təkcə siyasi liderin seçildiyi tarix deyil, həm də müstəqil Azərbaycanın gələcək yüksəlişinin əsasının qoyulduğu tarix idi. Bu tarixdən başlayaraq ölkəmizdə böyük infrastruktur layihələri həyata keçirilməyə başladı.

Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi. Azərbaycanın beynəlxalq arenada nüfuzu artmağa başladı. Nəticədə ölkəmiz mühüm beynəlxalq tədbirlərin ev sahibinə və iştirakçısına çevrilib. Bu gün Azərbaycanın səsi qlobal miqyasda eşidilir”.

Prezidentin əməyi nəticəsində Ordumuzun döyüş qabiliyyəti artırılmış, Silahlı Qüvvələrin maddi-texniki bazası möhkəmləndirilib. 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində zəfərlə sona çatmış, 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən uğurlu antiterror əməliyyatı nəticəsində düşmən darmadağın edilib.

Artıq azad Qarabağda, Şuşada, Füzulidə, Zəngilanda, Laçında həyata keçirilən bərpa və quruculuq işləri Prezidentin “Böyük Qayıdış” siyasətinin davamı olaraq yeni bir həyatın, yeni Azərbaycanın rəmzinə çevrilib.

Ölkəmizdə həyata keçirilən inkişaf proseslərində Birinci Vitse-prezident Mehriban  Əliyevanın da müstəsna xidmətləri vardır. Mehriban xanım Əliyeva özünün çoxşaxəli fəaliyyəti ilə müxtəlif sahələr üzrə dövlət siyasətinin daha böyük uğurlar qazanmasına layiqli töhfələr verir.

Daha sonra çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, İqtisadiyyat Nazirliyinin Aran regional bölməsinin müdiri Sani Məmmədov, Nəsimi adına şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Könül Hüseynova və Səməd Vurğun adına şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbin XI sinif şagirdi Rəhman Kərimli çıxışlarında qeyd edibilər ki, 22 illik bu yol sabitlik, inkişaf, qürur və xalq-lider birliyinin təcəssümüdür. Bu gün ölkəmiz güclü iqtisadiyyatı, müasir ordusu, beynəlxalq nüfuzu və sarsılmaz milli həmrəyliyi ilə regionun lider dövlətidir. Azərbaycan xalqı gələcəyə inamla baxır.

Daha sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Tədbirin sonunda Rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə görə bir qrup qabaqcıl şəxsə Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.







Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see241

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see210

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see171

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see166

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see160

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see158

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see156

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see149

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see149

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see147

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see141

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see140

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see138

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see137

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see136

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see133

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri