“Yevlaxdan kənarda oynamaq azarkeşlərimizə xəyanətdi” “Karvan” rəsmisi
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Gələn mövsüm premyer-liqada çıxış edəcək “Karvan”ın Yevlax şəhər stadionunda oynaması sual altındadı.
Bölgə təmsilçisi stadionu hazır olana qədər Bakıda oynamaq variantını nəzərdən keçirir. Bu məsələyə aydınlıq gətirmək üçün klubun mətbuat katibi Bəhruz Musayevlə əlaqə saxladıq:
“Mayın 15-dən stadionda təmir başlayır. Həm qazon dəyişəcək, həm də başqa işlər görüləcək. Bakıda oynamaq məsələsi hardan çıxıb - bilmirəm. Bizim Bakıda oynamaq fikrimiz yoxdu. Bizə yaxın rayonlar - Qəbələ, Gəncə, Tovuz var. Stadion təmirdən gec çıxsa, bu bölgələrdən birinə üz tutacağıq. Azarkeşlərimizin gəlməsi bizim üçün vacibdi. Əsas hədəf oyunlarımızı Yevlaxda keçirməkdi. Yevlaxdan kənarda oynamaq azarkeşlərimizə xəyanətdi”.
MÜZƏFFƏR QULUZADƏ


