Yexlax sakini: 60a yaxın yaşım var, hələ belə külək görməmişdim VİDEO
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Güclü külək Yevlaxda bir sıra fəsadlar törədib. Rayonun kəndlərində ağaclar aşıb, evlərin, tövlələrin dam örtükləri küləyə tab gətirməyib.
Bizim.Media Baku TV-yə istinadən bildirir ki, təbiət hadisəsi Yevlaxın Varvara kəndində elektrik təsərrüfatına daha çox ziyan vurub.
Sakinlər kənddə son bir neçə ildə belə dəhşətli külək görmədiklərini bildiriblər.
"Külək evin “belini” aparıb. Mənim 60-a yaxın yaşım var, hələ belə külək görməmişdim", - deyə kənd sakini bildirib.
Yevlax Şəhər İcra Hakimiyyətinin "Facebook" hesabında hadisə ilə bağlı məlumat verilib.
Bildirilib ki, rayonun elektrik təsərrüfatına ziyan dəyib, 40-a yaxın yaşayış məntəqəsində əhalinin elektrik enerjisi ilə təminatında fasilə yaranıb.
"Problemlərin operativ şəkildə, qısa müddətdə aradan qaldırılması məqsədilə zəruri tədbirlərin görülməsi davam etdirilir", - deyə məlumatda qeyd olunub.
Daha ətraflı Baku TV-nin materialında:
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 15 Dekabr 2024 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















