Icma.az
close
up
RU
“Yığma üzvlərinin Santuşun dövründə qaçmaq istəmədiyini iddia etmirəm” Aslan Kərimov

“Yığma üzvlərinin Santuşun dövründə qaçmaq istəmədiyini iddia etmirəm” Aslan Kərimov

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Yığmamız DÇ-2026-nın seçmə mərhələsində evdə Ukrayna ilə heç-heçə edərək ilk xalını qazandı. Bu öz yerində, bəs oyunun axarı nə ilə yadda qaldı?

Bununla bağlı təcrübəli mütəxəssis Aslan Kərimova müraciət etdik:

“Millidə taktiki və strateji baxımdan böyük dəyişiklik yox idi. Bunu da normal qarşılamaq olar. Çünki Ayxan Abbasovun komandayla birgə məşq etmək üçün vaxtı olmamışdı. Yalnız psixoloji duruma təsir etmək mümkün idi ki, Ayxan bəy bunun öhdəsindən gəlmişdi. Bu səbəbdən oyunun axarıyla bağlı deməyə çox söz yoxdu. O başqa məsələ ki, çatışmayan xüsusiyyətlər çox idi. Ukrayna yığması taktiki baxımdan bizdən üstün oynadı, əksər epizodlarda millimizi müdafiə olunmağa məcbur etdi. Daha çox ara ötürmələrindən istifadə edərək hücum və yarımmüdafiə xəttimizi yara bilirdilər. Rəqib bu keçidlər sayəsində cinah müdafiəçilərimizi taqətdən salmağı bacardı. Ukrayna millisi bu yolla topu cinah müdafiəçilərimizlə mərkəz müdafiəçisinin arasındakı boşluqlara çatdıra bilirdi. Bu yolla mərkəz müdafiəçimizin arxasında peyda olurdular. Belə üslubdan həddən artıq yaxşı istifadə etdilər. Buraxdığımız qol da həmin epizodların birində vuruldu. Düzdü, birinci hissədə də həmin taktikadan yararlanırdılar. Sadəcə, millimiz ilk 45 dəqiqədə daha sıx oynamaqla rəqibə mane olmağı bacarırdı”.

Aslan bəy "Football-plus.az"a açıqlamasında yığmanın rəqibdən üstün cəhətini də açıqladı:

“Ən böyük üstünlük motivasiyanın yerində olması idi. Məsələn, Elvin Cəfərquliyev gələn həftə “Benfika”ya qarşı oynayacaq. Amma 85-ci dəqiqədən sonra sürətli qaçışlarla yadda qaldı. Əslində belədə zədə qorxusu ola bilər. Adətən, milli üzvləri klublarındakı oyunları daha çox düşündüyündən bunu etmir. Ancaq Ayxan Abbasovun futbolçularda yaratdığı həvəs, oyunçuların da öz növbəsində ona bu cür qarşılıq verməsi özünü göstərdi. Futbolçuların gözündə işıq var idi. Hər halda, rəqibi üstələdəyimiz yeganə komponent əzmkarlıq oldu. İdman xoşbəxtliyi də tərəfimizdə idi. Həmçinin meydançanın durumunun oyuna mənfi təsir etdiyini düşünmürəm. Hər halda, rəqibin ciddi üstünlüklərinin olmasına rəğmən, xal qazana bildik. Deməli, bizdə çatışmayan tərəf oyunçuları inandırmaq, öz güclərindən maksimum istifadə edə bilməyə həvəsləndirməkdi. Onu da vurğulayım ki, yığma üzvlərinin Santuşun dövründə qaçmaq istəmədiyini iddia etmirəm. Belə deyil. Futbolçular əziyyət çəkirdi. Komandanın İslandiya ilə matçda da əziyyət çəkmədiyini heç kim deyə bilməz. Sadəcə, ruh məsələsi var. Futbolçunun gözündə qığılcım varsa, oyunçu başını topun qabağına qoyursa, deməli, hisslər yerindədi. Santuşun dövründə bunu, sadəcə, vəzifə kimi edirdilər. İndi isə baş məşqçi və futbolçu arasında müəyyən bağların olduğunu gördük”.

Mütəxəssis yığmanın məhz bu yolla davam etməli olduğunu vurğuladı:

“Ümid edirəm ki, bu cür davam edəcək. AFFA-nın Ayxan Abbasovla yola davam edib-etməyəcəyini bilmirəm. Ancaq ümid edirəm ki, hər kəs yerli məşqçinin hansısa sistemi dəyişmədən, hətta məşq belə etmədən nəticə qazana biləcəyini anladı. Bizə məhz bu cür – oyunçuları tanıyan, onlarla bağ yarada bilən məşqçilər lazımdı. İstər Ayxan Abbasov, Rəşad Sadıqov, Qurban Qurbanov olsun, istərsə də Aftandil Hacıyevin üstün tərəfi oyunçuları tanıması, hətta bəziləriylə vaxtilə bir yerdə oynamasıdı. Bu iş yerli məşqçilərlə daha rahat olacaq”.

KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Sentyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri