Yığmadan gedir: “Bu formaya olan sevgim heç vaxt dəyişmədi”
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Bosniyalı hücumçu Edin Dzeko milli karyerasını bitirəcəyi vaxtı açıqlayıb.
Futbolpress.az xəbər verir ki, 40 yaşlı forvard oktyabrın 2-də Millətlər Liqasında İsveçlə matçın onun yığmadakı son oyunu olacağını bildirib:
“Bu formanı geyinəndə hiss etdiyim qürurla heç nə müqayisə oluna bilməz. Heç nə. Bu, futbol meydanında ölkəmi təmsil etmək şərəfinə nail olduğum 151 matçın hər birində özümlə daşıdığım uşaqlıq arzum idi. İlk dəfə olduğu kimi, hər zaman bununla qürur duymuşam. Türkiyə yığmasına qarşı keçirilən həmin matçdan, demək olar ki, 20 il ötüb. Çox şey dəyişdi, mən də dəyişdim, lakin bu formaya olan sevgim heç vaxt dəyişmədi. İndi kənara çəkilmək vaxtının gəldiyini hiss edirəm”.
Dzeko 2007-ci ildə debüt etdiyi yığmada 151 oyunda 73 qol vurub.
Baxış sayı:111
Bu xəbər 03 Sentyabr 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















