Yığmamız 5 medalla 10 cu pillədə
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Monteneqronun paytaxtı Podqortisada keçirilən cüdo üzrə Avropa çempionatında şəxsi yarışlara yekun vurulub.
İdman.biz xəbər verir ki, Azərbaycan yığması turniri 5 medalla başa vurub.
Komandamızın heyətində ən yüksək əyarlı medala Zelim Kotsoyev sahib çıxıb. Paris-2024 Olimpiadasının qalibi yalnız finalda uduzaraq, gümüşlə kifayətlənib. O, həlledici görüşdə İlya Sulamanidzeyə (Gürcüstan) məğlub olub.
Milimizin daha 4 cüdoçusu bürünc medal qazanıb. Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) fəxri kürsüdə yer almağı bacarıblar.
Bu nəticə ilə yığmamız Avropa çempionatını 10-cu pillədə başa vurub. Ən yaxşı nəticəyə isə IJF komandası imza atıb. Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən idmançılar 3 qızıl, 3 gümüş və 1 bürüncə sahib çıxıblar. Fransa (3-2-5) ikinci, Gürcüstan (2-2-0) isə üçüncü yeri tutub.
Qeyd edək ki, sabah qitə çempionatında qarışıq komanda yarışları keçiriləcək.
İdman.biz


