Yoaxim Löv Özbəkistan millisinin baş məşqçisi olmaqdan imtina edib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Berlin, 13 avqust, AZƏRTAC
Almaniya millisinin sabiq çalışdırıcısı Yoaxim Löv futbol üzrə dünya çempionatında ilk dəfə iştirak hüququ qazanmış Özbəkistan millisinin baş məşqçisi vəzifəsinə təklifdən imtina edib.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, FIFA reytinqində 55-ci sırada qərarlaşan komandanın baş məşqçisi vəzifəsi ilə bağlı danışıqlara Özbəkistanın Almaniyadakı səfirliyinin də qoşulduğu bildirilir. Lakin təcrübəli mütəxəssis bir neçə gün düşündükdən sonra bu təklifi qəbul etmədiyi üçün federasiya rəhbərliyi ilə görüş baş tutmayıb.
Y.Löv 2026-cı ildə ABŞ, Kanada və Meksikanın birlikdə ev sahibliyi edəcəyi dünya çempionatında iştirak hüququ qazanmış milli komandaların bir neçəsindən təklif aldığını açıqlamışdı. 2014-cü ildə Almaniya millisinə dünya çempionluğunu qazandıran 65 yaşlı mütəxəssis baş məşqçilik karyerasını davam etdirmək istəyir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 13 Avqust 2025 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















