Yol boyu duman işıqlarını yandırıb sürücünü “kor etdi” 77 FX 212 VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Balaxanı yolunda qayda pozan sürücü görüntülənib.
Bununla bağlı izləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” xəttinə video göndərib.
Kadrlardan görünür ki, 77-FX-212 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü ehtiyac olmadığı halda duman işıqlarını yandıraraq hərəkət edib. Bu isə arxadan gələn nəqliyyat vasitələrinin məsafəni düzgün qiymətləndirməsini çətinləşdirib.
Şikayətçinin sözlərinə görə, sözügedən sürücü yol boyu duman işıqlarını söndürmədən avtomobili idarə edib. O, həmçinin həmin sürücü ilə müxtəlif vaxtlarda qarşılaşdığını və hər dəfə eyni qayda pozuntusuna yol verdiyini bildirib.
Xatırladaq ki, qanunvericiliyə əsasən duman işıqlarından yalnız görünüşün məhdudlaşdığı hallarda — duman, leysan yağış, qar və ya işıqlanmanın kəskin zəif olduğu şəraitdə istifadə olunmalıdır. Bu işıqlar adi faralardan daha güclü olduğundan, onların əsassız yandırılması gözqamaşdırıcı təsir yaradır və sürücülərdə yanlış məsafə təəssüratı formalaşdırır. Bu da yol-nəqliyyat hadisəsi riskini artırır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 25 Dekabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















