Yol hərəkəti təhlükəsizliyində problemin kökü uşaqlıqdan başlayır MÜTƏXƏSSİS VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Azərbaycanda yol hərəkətini qaydalarının pozulması ilə bağlı faktları mütəxəssislər erkən yaşda yaşanan problemlərlə əlaqələndirir.
Yol hərəkəti təhlükəsizliyində problemlərin kökü uşaqlıq dövründən başlayır. Avtosfer.az xəbər verir ki, bu fikirləri qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov "AvtoFM" də çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, həm sürücü, həm də piyada mədəniyyəti insanlarda erkən yaşlardan formalaşmalıdır. Əks halda, yanlış tərbiyə gələcəkdə qayda pozuntularına və sonda yol-nəqliyyat hadisələrinə səbəb olur.
Zirehli avtomobillər həqiqətən sui-qəsdlərin qarşısını ala bilir? - ARAŞDIRMA
Aqil Rəhimov valideyn davranışlarını misal gətirərək bildirib ki, bəzi hallarda uşaqlara düzgün reaksiya verilməməsi zorakılıq və haqsızlığın normallaşmasına gətirib çıxarır:
“İki azyaşlı uşaq oynayarkən biri digərinə zərbə vurub oyuncağını əlindən alır. Normal valideyn bu zaman uşağına başqasının haqqına hörmət etməyi öyrətməlidir. Amma təəssüf ki, bəzi valideynlər bunu qəhrəmanlıq kimi qəbul edir və "bax necə ayını əlindən aldı" deyə uşağı təşviq edirlər”.
Mütəxəssisin fikrincə, bu cür yanaşma uşağın şüurunda başqasının hüququnu pozmağın normal olduğu düşüncəsini formalaşdırır. Nəticədə həmin uşaq böyüyəndə əvvəl piyada kimi sürücülərin hərəkətinə mane olur, daha sonra sükan arxasına keçəndə isə digər sürücülərin yol haqqını tapdalayır, zolaq dəyişmə və üstünlük qaydalarına əməl etmir.
“Bu davranış zəncirvari şəkildə davam edir və sonda qəza ilə nəticələnir”, – deyə Aqil Rəhimov vurğulayıb.
O əlavə edib ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması üçün yalnız cərimələr və nəzarət kifayət deyil. Əsas məsələ ailədə, bağçada və məktəbdə uşaqlara hüquq, məsuliyyət və qarşılıqlı hörmət anlayışlarının aşılanmasıdır.
Eltac Zülfüqaroğlu
Oxunub 180
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 15 Yanvar 2026 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















