Yol polisi: Ağac yola aşıb, maşınların hərəkətində çətinlik yaranıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Gecə saatlarında Hacıqabul–Horadiz avtomobil yolunun 92-ci kilometrliyində müşahidə olunan kəskin yağışlı və küləkli hava şəraiti nəticəsində ağac yolun hərəkət hissəsinə aşaraq nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükəli vəziyyət yaradıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, həmin vaxt ərazidə xidmət aparan Yol Patrul Xidməti əməkdaşları tərəfindən hadisə dərhal nəzarətə götürülüb.
Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə ərazidə operativ tədbirlər görülüb, sürücülərə xəbərdarlıq olunub, nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təşkil edilib.
"Əməkdaşların çevik müdaxiləsi nəticəsində yol sahəsində mümkün qəza risklərinin qarşısı alınıb, hərəkətin təhlükəsiz təşkili təmin olunub. Daha sonra əraziyə ağır texnikalar cəlb edilərək yolun hərəkət hissəsinə aşmış ağaclar kənarlaşdırılıb, yol tam şəkildə təmizlənib və nəqliyyatın normal hərəkəti bərpa olunub.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, qeyri-sabit və yağıntılı hava şəraitində daha diqqətli olmaq, sürət həddini yol və hava şəraitinə uyğun seçmək, ara məsafəsini qorumaq və yol hərəkəti qaydalarına ciddi əməl etmək həyati əhəmiyyət daşıyır", - məlumatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 14 May 2026 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















