Icma.az
close
up
RU
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə tədbirlərinə və mətbuat vasitəsilə yayılan çağırışlara baxmayaraq, hələ də bəzi piyadalar yol hərəkəti qaydalarına etinasız yanaşır, müəyyən olunmayan yerlərdən keçərək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına atırlar.

Modern.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bununla bağlı hərəkət iştirakçılarına müraciət edib.

Bildirilib ki, yolun hərəkət hissəsinə qəfil çıxmaq, nəqliyyat vasitələrinin hərəkət trayektoriyasını düzgün qiymətləndirməmək, yaxın məsafədən yolu keçməyə cəhd göstərmək çox zaman faciəvi nəticələrə gətirib çıxarır. “Unutmaq olmaz ki, sürücü üçün hər an dayanmaq mümkün deyil və piyada məsafəni səhv hesabladığı anda artıq hadisənin qarşısını almaq mümkün olmur. Bəzi hallarda piyadalar yaxınlıqda yerləşən piyada keçidinə bir neçə addımlıq məsafə olsa da, qaydanı pozaraq yolun istənilən yerindən keçməyə üstünlük verirlər. Bu isə həm onların, həm də həmin istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri üçün əlavə təhlükə yaradır”, - deyə müraciətdə vurğulanıb.

BDYPİ bir daha bütün hərəkət iştirakçılarına müraciət edərək xatırladır ki, piyada yolun hərəkət hissəsinə yalnız bu məqsədlə nəzərdə tutulmuş keçidlərdən daxil olmalı, işıqforla tənzimlənən yerlərdə siqnalların tələbinə əməl etməli, yolu keçməzdən əvvəl hər iki istiqamətə diqqətlə baxmalı və avtomobilin tam dayanmasına əmin olduqdan sonra hərəkət etməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see272

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see264

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see257

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see247

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see245

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see245

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see241

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see237

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see235

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see231

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see229

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see217

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see217

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see213

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see211

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see209

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see208

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see206

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see205

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri