Yol polisi qayda pozub yolu kəsən sürücüləri ifşa etdi ANBAAN VİDEO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Yol hərəkəti qaydalarına əməl olunması hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, eləcə də nəqliyyat vasitələrinin fasiləsiz və nizamlı hərəkəti baxımından mühüm əhəmiyyət daşıyır.
Avtosfer.az xəbər verir ki, aparılan müşahidələr göstərir ki, xüsusilə paytaxt yollarında bəzi sürücülər nəqliyyat vasitələrini icazə verilməyən yerlərdə, o cümlədən yolun ikinci hərəkət zolağında saxlayırlar. Bu cür məsuliyyətsiz davranış yolun bir hissəsində süni sıxlığın yaranmasına, hərəkət intensivliyinin azalmasına, nəqliyyat axınının ləngiməsinə və nəticədə tıxacların formalaşmasına səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edir: nəqliyyat vasitələrinin dayanması və durması yalnız icazə verilən yerlərdə həyata keçirilməlidir.
Unutmayaq ki, təhlükəsiz və mədəni yol hərəkəti hər birimizin birbaşa məsuliyyətidir.
Oxunub 166
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 13 Fevral 2026 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















