Icma.az
close
up
RU
Yol polisindən BAYRAM XƏBƏRDARLIĞI

Yol polisindən BAYRAM XƏBƏRDARLIĞI

Icma.az bildirir, Lent az portalına istinadən.

Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərində yollarda təhlükəsiz hərəkətlə bağlı çağırış edib.

BDYP-dən Lent.az-a daxil olan müraciətdə bayram günlərində ölkə ərazisində hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, bütün hərəkət iştirakçıları daha diqqətli və məsuliyyətli olmağa çağırılır: 

"Nəzərə alınmalıdır ki, yol hərəkəti zamanı verilən hər bir qərar insanların həyat və sağlamlığına birbaşa təsir göstərir, ən kiçik diqqətsizlik isə ağır nəticələrə səbəb ola bilər.

Bu baxımdan, səfərə çıxarkən yol və hava şəraiti düzgün qiymətləndirilməli, nəqliyyat vasitələrinin texniki sazlığı əvvəlcədən yoxlanılmalı, hərəkət zamanı müəyyən olunmuş sürət hədlərinə, təhlükəsiz ara məsafəsinə, eləcə də ümumi hərəkət təhlükəsizliyini təmin edən digər tələblərə ciddi əməl edilməlidir.

Bayram günlərində hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə yol polisi əməkdaşları tərəfindən xidmət gücləndirilmiş qaydada təşkil olunacaq.

Bir daha xatırladılır ki, yollarda təhlükəsizlik hər kəsin məsuliyyətli davranışından asılıdır. Bayram sevincinin hər hansı yol-nəqliyyat hadisəsi ilə kölgələnməməsi üçün bütün hərəkət iştirakçılarını qaydalara ciddi riayət etməyə, yolda həm öz həyatlarına, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinə həssas yanaşmağa çağırırıq.

Baş Dövlət Yol Polisi İdarəsi bayram münasibətilə bütün hərəkət iştirakçılarını bir daha təbrik edir, hər kəsə rahat və təhlükəsiz səfərlər arzulayır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Mart 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see302

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see219

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see205

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see195

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see191

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see186

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see178

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see173

Xəstəlik vərəqələrini yeni qayda ilə hesablamaq mümkün olmur EKSPERT

21 May 2026 14:25see171

Ukrayna qüvvələri Rusiyanın Rosneft Sızran Neft Emalı Zavoduna zərbə endirib

21 May 2026 16:05see169

30 yaşdan sonra qadın bədənində nə baş verir?

21 May 2026 21:03see167

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see166

Ronaldu karyerasının 973 cü qolunu vurub VİDEO

22 May 2026 00:27see165

Ağ şəhərdə uçqun oldu VİDEO

22 May 2026 01:09see158

Jurnalistlər üçün çay plantasiyasına mediatur təşkil olunub FOTO

21 May 2026 14:12see156

“Müsahibənin mühüm hissələrindən biri də regional sabitlik və diplomatiya ilə bağlı idi” DEPUTAT DANIŞDI

21 May 2026 17:18see156

Tərləmənin və pis qoxunun səbəbi BU VİTAMİN imiş

22 May 2026 07:31see155

“Qarabağ”ın növbəti transferi kimdir? Bakıya gəldi

21 May 2026 15:49see154

Gənclərə insan alverinin cəmiyyət üçün yaratdığı təhlükələr barədə məlumat verilib

21 May 2026 19:43see153

Möhtəşəm fürsət: ERKƏN UDUŞ

22 May 2026 00:43see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri