Yol polisinin gözü qarşısında təhlükə yaradan Range Rover 10JO606 VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda yol hərəkəti qaydasını pozan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 26-da, paytaxtın Hüseyn Cavid prospektində baş verib.
Belə ki, 10-JO-606 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü sağdan gələn avtomobillərə yol verdikdən sonra hamıdan önə keçməyə çalışıb. O, təhlükəsizlik adacığının üzərinə çıxaraq yol nişanlanma xəttinin tələbini pozub.
Sözügedən kəsişmədə əksər sürücülər bu nişanlanma xəttinin tələbini pozurlar. Onlar düşünürlər ki, bu xətt sadəcə yaraşıq üçün çəkilib.
Qeyd edək ki, təhlükəsizlik adacığının əhəmiyyəti nəqliyyat axınlarını ayırmaqdan və onların təhlükəsiz hərəkətindən ibarətdir. Bu xəttin tələbini pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci 40 manat məbləğində cərimə oluna bilərlər.
Fərid
Baxış sayı:63
Bu xəbər 04 Noyabr 2024 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















