Yol polisləri yolda halı pisləşən xanım sürücüyə belə kömək etdi VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidmət Alayının 1-ci tağımının əməkdaşları yolda halı pisləşən xanım sürücüyə kömək ediblər. Avtosfer.az xəbər verir ki, xanım sürücüyə kömək edən Saray postunun əməkdaşları təhlükəsizlik qaydalarına əməl etməklə onu vaxtında xəstəxanaya çatdırıblar.
Sürücünün həyat yoldaşı bildirib ki, xanımı avtomobili idarə edərkən halı pisləşib və o, maşını yolun kənarına verərək saxlayıb. Həmin an oradan 99-YP-994 dövlət nömrə nişanlı avtomobillə keçən Vasif və Şükür adlı yol patrul xidməti əməkdaşları vəziyyəti görərək dərhal maşına yaxınlaşıblar:
“Yol polisləri yoldaşımı Sumqayıt şəhər xəstəxanasına çatdırıblar. Onların nəzarəti altında lazım olan tibbi tədbirlər görülüb”.
O, göstərilən köməyə görə yol patrul xidmətinin əməkdaşlarına, Daxili İşlər Naziriliyinə və DYP rəhbərliyinə təşəkkür edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 19 Yanvar 2025 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















