Icma.az
close
up
RU
Yol qəzaları: hər il 1 milyondan çox insan...

Yol qəzaları: hər il 1 milyondan çox insan...

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünya miqyasında yol-nəqliyyat hadisələrinin yarıdan çoxu piyadalar, velosipedçilər və motosikletçilər arasında baş verir.Hər il dünyada təxminən 1,19 milyon insan yol-nəqliyyat hadisələri nəticəsində həlak olur, o cümlədən 50 milyona yaxın insan ölümcül olmayan müxtəlif dərəcəli xəsarətlər alır.

Beynəlxaql miqyasda yol-nəqliyyat xəsarətləri 5-29 yaş arası uşaq və gənclərin ölümünün əsas səbəbidir. Bununla belə, yol-nəqliyyat hadisələrinin üçdə ikisi əmək qabiliyyətli yaşda olan (18-59 yaş) insanlar arasında baş verir. Yollarda ölüm hallarının 10-dan 9-u aşağı və orta gəlirli ölkələrdə baş verir, baxmayaraq ki, bu ölkələrdə dünya avtomobillərinin təxminən 60%-i var. Ümumdünya Səhiyyə Təşkilatına görə (ÜST)-yə görə, yol nəqliyyat hadisələri qlobal səviyyədə ölüm səbəbləri arasında ilk onluqda yer alır. Bütün yaş qrupları üzrə götürüldükdə, yol qəzaları hal-hazırda 8-ci əsas ölüm səbəbi hesab edilir.

Yol-nəqliyyat xəsarətləri nəticəsində həm yaralıların müalicə xərcləri, həm də həlak olanların və ya əlil qalanların gəlirindən məhrum olmaq onların ailələri üçün ağır iqtisadi yük deməkdir. Yol-nəqliyyatı xəsarətləri milli iqtisadiyyatlara ciddi təsir göstərir və ölkələrə illik ümumi daxili məhsulun 3%-nə başa gəlir. Ona görə də yol-nəqliyyat hadisələri nəticəsində xəsarət və ölüm riskini azaltmaq üçün bu gün dünya ölkələrində ən müxtəlif tədbirlər həyata keçirilir. Dayanıqlı İnkişaf Gündəliyi yol-nəqliyyat hadisələri nəticəsində ölüm və xəsarətlərin 2030-cu ilə qədər 50% azaldılmasını iddialı bir hədəf qoyub.

Araşdırmalar göstərir ki, bir sıra amillər həm yol-nəqliyyat hadisələri riskini, həm də onların nəticələndiyi ölüm və ya yaralanma riskini artırır. Daha yüksək sürətlə sürmək həm qəzanın baş vermə ehtimalını, həm də onun nəticələrinin şiddətini əhəmiyyətli dərəcədə çoxaldır. Orta sürətdə hərəkət edən avtomobilin törətdiyi qəzada hər 1% artım üçün sürətli avtomobilin törətdiyi ölümcül qəza riskində 4% artım var. Sürət artdıqca motorlu nəqliyyat vasitələrinin vurduğu piyadaların ölüm riski də sürətlə artır. Saatda 65 kilometr sürətlə hərəkət edən avtomobilin vurduğu piyadanın ölmə ehtimalı saatda 50 kilometr sürətlə gedən avtomobilin vurduğu piyadadan 4,5 dəfə çoxdur.

Alkoqol və ya digər psixoaktiv maddələrin təsiri altında avtomobil idarə etmək yol-nəqliyyat hadisələri və xəsarətləri üçün əhəmiyyətli risk faktorudur. Sərxoş sürücülük halları artdıqca yol-nəqliyyat xəsarəti riski də artır. Narkotik vasitələrdən istifadə edilməsi vəziyyətində, istifadə edilən psixoaktiv dərmandan asılı olaraq yol-nəqliyyat zamanı xəsarət alma riski müxtəlif dərəcələrə qədər artır. Bundan əlavə bir sıra fərqli risk faktorları var ki, onlar əsasən

motosiklet dəbilqələrindən, təhlükəsizlik kəmərlərindən və uşaq oturacaqlarından istifadə edilməməsi, diqqətin yayındırılması, o cümlədən mobil telefonların istifadəsi, təhlükəli nəqliyyat vasitələri və təhlükəli yol infrastrukturu, qəzadan sonra qeyri-adekvat davranış, yol hərəkəti qaydalarına həm sürücü həm də piyadalar tərəfindən əməl olunmamasıdır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "2021–2030-cu illər üzrə Birləşmiş Millətlər Təşkilatının Yol Təhlükəsizliyi üzrə Fəaliyyət Onilliyi" ilə 2030-cu ilə qədər yol-nəqliyyat hadisələri ilə bağlı ölüm və xəsarətləri ən azı 50% azaltmağı hədəfləyir. Hədəflərə dünya ölkələrinin yol-nəqliyyat qlobal şəbəkəsinin yaradılması, texniki analazləri nəzarətdə saxlamaq üçün Qlobal Vəziyyət Hesabatlarının hazırlanması və təmin edilməsi daxildir.

Azərbaycanda da yol-nəqliyyat hadisələri az olmur. 2025-ci ilin ilk 6 ayı ərzində (yanvar-iyun) ölkədə 577 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu qəzalar nəticəsində 313 nəfər həlak olub, 499 nəfər isə yaralanıb. Ötən ilin eyni dövründə Azərbaycanda 681 yol qəzası baş verib. Bu qəzalardan zərərçəkənlərin sayı ümumilikdə 931 nəfər olub. Onlardan 333 nəfər həlak olub, 598 nəfər isə yaralanıb. Hadisələrin 44,7 faizi gündüz, 41,4 faizi gecə, 13,9 faizi isə toran vaxtı baş verib, 30,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri yol hərəkəti qaydalarından məlumatlı olmayan sürücülər və piyadaların çoxluğudur. Yollarda ölməmək, öldürməmək üçün savadlı sürücü olmaqla yanaşı həm də savadlı piyada olmaq şərtdir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması ” istiqaməti çərçivəsində hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Noyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri