Yol qəzalarından sonra sığorta ödənişi niyə yubanır? VİDEO
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Yol-nəqliyyat hadisəsi baş verir, sənədlər toplanır, qiymətləndirmə aparılır, amma sığorta ödənişi vaxtında edilmir.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sığorta pulu bəzən həftələrlə, bəzən də aylarla gecikir.
Ekspertlər deyirlər ki, gecikməyə görə sığorta şirkətləri sürücülərə dəbbə pulu da ödəməlidirlər, ancaq vətəndaşların çoxu bunu bilmir. Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov bildirir ki, qanunvericilikdə gecikməyə görə cərimə mexanizmi açıq şəkildə göstərilib. Sadəcə bunu tələb edən sürücü yoxdur.
Ekspert hesab edir ki, sürücülər dəbbə pulunu tələb etsələr, sığorta şirkətləri ödənişi gecikdirməkdə maraqlı olmaz.
Vüsal Bədəlov təklif edir ki, sığorta şirkətlərinə inamı artırmaq üçün qanunvericilikdə dəyişiklik etmək lazımdır.
O, hesab edir ki, sığorta ödənişinin gecikməsinə görə dəbbə pulu təxminən 5-10 faizə qədər artırılmalıdır.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 24 Yanvar 2026 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















