Icma.az
close
up
RU
Menu

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

Çin imperatorlarının taxta çıxmazdan əvvəl mütləq ziyarət etdiyi Tay dağı FOTOSESSİYA

Silvestr Stallone: ​​“Texnologiya məni 18 yaşına çatdıra bilər...”

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

Lopeslə Afflekin uğursuz malikanəsi : Milyonlarla dollara dəyəri var, amma...

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

Yol qəzalarını artıran səbəblər

Yol qəzalarını artıran səbəblər

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ağır yol qəzası baş verib, ölən var", "Avtomobil dirəyə çırpılıb, 2 nəfər xəsarət alıb", "Yol qəzası: 5 nəfər həyatını itirib" kimi xəbərləri son vaxtlar demək olar ki, hər gün eşidirik. Paytaxtda və bölgələrdə baş verən ağır yol-nəqliyyat hadisələrinin sayı son zamanlar əhəmiyyətli dərəcədə artıb.

Qəzaların başvermə səbəbləri sırasında sürət həddinin aşılması, yol hərəkəti qaydalarının kobud şəkildə pozulması, sərxoş vəziyyətdə avtomobil idarə edilməsi, sükan arxasında mobil telefondan istifadə və digər amillər göstərilir.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, son zamanlar sürücülərin yorğunluğu və yuxusuzluğu ilə əlaqədar baş verən yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır:

"Təəssüf ki, son vaxtlar ölkəmizdə də məhz bu səbəbdən baş verən qəzaların sayı nəzərəçarpacaq dərəcədə artıb. Sükan arxasında cəmi bir neçə saniyəlik yuxulama həm sürücü, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradır.

Sürücülərə müraciət edirik: yorğun və yuxusuz halda sükan arxasına əyləşməyin, uzun səfərlər zamanı mütəmadi olaraq fasilə verin. Həmçinin dərman preparatlarından istifadə edərkən onların yuxululuq və reaksiyaya təsir göstərə biləcəyini nəzərə alın".

Ölkədə yol infrastrukturu ilə bağlı ciddi problemlər var

Nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, ölkədə baş verən ağır yol-nəqliyyat hadisələrinin və bu qəzalarda həyatını itirənlərin sayı ildən-ilə artmaqdadır. Onun fikrincə, yol qəzalarının artmasının dörd əsas səbəbi var ki, bunlardan birincisi infrastrukturla bağlı olan problemlərdir: "Yolların texniki vəziyyəti, yol nişanları, işıqforlar, işıqlandırma və digər mühüm elementlər qəzaların qarşısının alınmasında əsas rol oynamalıdır. Təəssüf ki, bu sahədə ciddi çatışmazlıqlar mövcuddur. Sürücü məsuliyyətsizliyi və diqqətsizliyi ilə yanaşı, yolların düzgün işıqlandırılmaması, hərəkətin düzgün təşkil olunmaması və infrastruktur nasazlıqları da qəzaların başlıca səbəbləridir".

Ərşad Hüseynov qeyd edir ki, Azərbaycanda yol-nəqliyyat hadisələrinin əksəriyyəti yaşayış məntəqələrində, xüsusilə də gecə saatlarında baş verir. Qəzaların bir çoxu şəhərlərin kifayət qədər işıqlandırılmayan küçələrində qeydə alınır: "Səbəb aydındır - yolların düzgün işıqlandırılmaması. Dünyanın bir çox ölkəsində magistral və şəhərarası yolların işıqlandırılması prioritet məsələyə çevrilib. Qəza riskini azaltmaq üçün yollar elə salınmalı və təchiz olunmalıdır ki, hətta insan səhvlərini də müəyyən qədər kompensasiya edə bilsin.

Təəssüf ki, bizdə işıqlandırma, yol nişanlarının düzgün yerləşdirilməməsi, yol örtüyünün keyfiyyətsizliyi, işıqforların nasaz vəziyyətdə olması kimi ciddi infrastruktur problemləri qalmaqdadır".

Sürücü nə qədər peşəkar olsa, qəzaların sayı da bir o qədər az olar

Ekspert Ərşad Hüseynov bildirir ki, yol-nəqliyyat hadisələrinin baş verməsinin ikinci əsas səbəbi sürücülərin peşəkarlıq və səriştə səviyyəsinin aşağı olmasıdır: "Sürücü nə qədər peşəkar və hazırlıqlı olsa, yol qəzalarının da baş vermə ehtimalı bir o qədər az olar. Sürücülük işi ölkədə daha ciddi şəkildə təkmilləşdirilməlidir. Təəssüf ki, hazırda yollarda səriştəsiz sürücülərin sayı kifayət qədər çoxdur".

Ekspertin sözlərinə görə, yalnız sürücülər deyil, digər yol hərəkəti iştirakçılarının - piyadaların və velosipedçilərin də davranışlarında ciddi nöqsanlar müşahidə olunur: "Piyadalar və velosiped sürənlər də "Yol hərəkəti haqqında" qanuna əməl etməli, yollarda təhlükəsiz davranış mədəniyyətinə sahib olmalıdırlar. Bu istiqamətdə maarifləndirmə işləri gücləndirilməlidir".

Ərşad Hüseynov əlavə edib ki, yol qəzalarının üçüncü əsas səbəbi avtomobillərin texniki nasazlığıdır. Onun sözlərinə görə, nasaz avtomobillərlə hərəkət etmək qəfil texniki problemlərin yaranmasına və nəticə etibarilə ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər: "Sürücülər avtomobillərinin texniki vəziyyətinə xüsusi diqqət yetirməlidirlər. Hər hansı bir nasazlıq qəfil baş verdikdə həm sürücünün, həm də digər yol hərəkəti iştirakçılarının həyatı üçün təhlükə yaradır".

Avtomobil parkı mütləq şəkildə yenilənməlidir

Ekspert Ərşad Hüseynov qeyd edir ki, yol-nəqliyyat hadisələrinin səbəblərindən biri də köhnə və texniki cəhətdən yararsız avtomobillərdir: "Bəzən yüngül qəza zamanı belə ölüm halları qeydə alınır. Bunun əsas səbəblərindən biri avtomobilin köhnə və yararsız vəziyyətdə olmasıdır. Əgər nəqliyyat vasitəsi yeni və texniki baxımdan saz olsaydı, bəlkə də həmin qəza ölümcül nəticələnməzdi. Sürücü qəza vəziyyətindən daha asan çıxa bilərdi".

Onun sözlərinə görə, bu sahədə də ciddi islahatlara və konkret addımların atılmasına ehtiyac var: "Avtomobil parkı mütləq şəkildə yenilənməlidir. Köhnə və təhlükəli nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması vacibdir".

Ekspert vurğulayır ki, yol-nəqliyyat hadisələrinin artmasının dördüncü əsas səbəbi isə yol hərəkəti təhlükəsizliyinin zəif təmin olunmasıdır: "Bu istiqamətdə də ardıcıl və sistemli tədbirlərin görülməsi vacibdir. Qəzaların qarşısını almaq üçün həm nəqliyyat vasitələri, həm də yol infrastrukturu mütəmadi olaraq yenilənməli, yolların vəziyyətinə və hərəkət şəraitinə davamlı nəzarət təmin olunmalıdır. Yol varsa, hərəkət də var - istər nəqliyyat vasitəsi, istərsə də piyada səhv edə bilər. Amma yol infrastrukturu səhvlərin ağır nəticələrə gətirib çıxarmasının qarşısını almalıdır".

Ekspert əlavə edib ki, bu sahədə nümunə götürülə biləcək ölkələr var: "Bu gün Almaniya, Niderland, Böyük Britaniya və İspaniya kimi ölkələr yol hərəkəti təhlükəsizliyi sahəsində ön sıradadır. Halbuki bu ölkələr dünyada ən çox avtomobil olan, əhalisi sıx və yol şəbəkəsi geniş ölkələrdir. 1970-ci illərdə bu ölkələrdə də vəziyyət kifayət qədər acınacaqlı idi - qəzalar çox olurdu, ölüm halları yüksək idi. Amma zamanla həmin ölkələrdə genişmiqyaslı dövlət proqramları qəbul olundu və nəticədə həm qəza sayı, həm də qəzalar zamanı ölüm halları kəskin şəkildə azaldı".

Nəqliyyat vasitəsi idarə edərkən riayət olunmalı qaydalar var

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirir ki, son dövrlərdə ölkədə yol-nəqliyyat hadisələrinin, xüsusilə də bir neçə nəfərin həyatını itirdiyi ağır qəzaların sayı artmaqdadır. Onun sözlərinə görə, bu cür faciəvi nəticələrə səbəb olan əsas amillərdən biri yüksək sürətlə hərəkət və yol hərəkəti qaydalarının pozulmasıdır: "Bəzi sürücülər ötmənin qadağan olunduğu yerlərdə yüksək sürətlə hərəkət edirlər. Bu isə çox vaxt ağır nəticələrə - ölüm və ciddi xəsarətlərlə nəticələnən qəzalara səbəb olur. Ani diqqətsizlik bəzən geri dönməyən faciələrə gətirib çıxarır".

Ekspert vurğulayır ki, nəqliyyat vasitəsini idarə edərkən sürücülərin riayət etməli olduğu aydın və konkret qaydalar mövcuddur, lakin təəssüf ki, onlara əməl olunmaması ciddi nəticələr doğurur: "Çox təəssüf ki, sürücülər bu qaydaları tez-tez pozur. Nəticədə ailə üzvlərinin və yaxınların həyatını itirdiyi dəhşətli qəza xəbərləri ilə qarşılaşırıq. Bu hadisələr bir daha göstərir ki, yol hərəkəti mədəniyyəti və məsuliyyət hissi hər bir sürücüdə formalaşdırılmalıdır".

Nəqliyyat üzrə ekspertin sözlərinə görə, yol-nəqliyyat hadisələrinin artmasına təsir edən mühüm amillərdən biri də sürücülərin sükan arxasında yuxulaması və yorğun halda avtomobil idarə etməsidir. Bu problem xüsusilə bölgələrə səfər edənlər arasında daha çox müşahidə olunur: "Gecə saatlarında və ya vaxtsız səfərlərə çıxan sürücülər bəzən sükan arxasında yuxulayır. Nəticədə idarəetmə itirilir və qəza baş verir. Yorğun vəziyyətdə uzaq yola çıxmaq çox vaxt faciə ilə nəticələnə bilər".

Ekspert qeyd edir ki, uzaq səfərlərə çıxmazdan əvvəl sürücülərin həm avtomobilin texniki vəziyyətini yoxlaması, həm də öz fiziki hazırlığını nəzərə alması vacibdir: "Təəssüf ki, bəzi sürücülər bu məsələlərə səthi yanaşır, avtomobilin texniki baxışdan keçməsini və özlərinin səhhətini ikinci planda qoyurlar. Halbuki bu, mühüm təhlükəsizlik tələbidir. Səfərdən əvvəl sürücü kifayət qədər istirahət etməli, normal yuxu rejiminə əməl etməlidir. Səfər zamanı isə müəyyən məsafələrdən bir fasilə vermək vacibdir. Davamlı şəkildə, fasiləsiz avtomobil idarə etmək sürücünü fiziki və zehni olaraq yorar, bu da təhlükəli nəticələrə gətirib çıxarar".

Ekspert onu da vurğulayır ki, bəzi bölgələrdə yol infrastrukturundakı çatışmazlıqlar da bu cür qəzaların baş verməsinə şərait yaradır: "Bir çox yollarda nişanlar, nişanlanma xətləri kifayət qədər deyil. Bəzən yollar çökür, nişanlar isə ya ümumiyyətlə yoxdur, ya da sürücünün görə bilməyəcəyi yerlərdə yerləşdirilib. Yorğun və yuxulu sürücü üçün bu cür detalları vaxtında görmək çətin olur və nəticədə ağır qəzalar baş verir".

Sonda ekspert bildirir ki, sükan arxasında əyləşmək sadəcə avtomobil idarə etmək deyil, bu, eyni zamanda insan həyatı üçün böyük məsuliyyət daşımaq deməkdir.

Bu cür qeyri-ciddi yanaşmalar qəzaların artmasına səbəb olur

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun fikrincə, ölkədə baş verən yol-nəqliyyat hadisələrinin bir hissəsi sürücülərin qeyri-peşəkar və məsuliyyətsiz davranışı ilə bağlıdır. Ekspert bildirib ki, bəzi sürücülər avtomobili düzgün idarə etməyi bacarmır, yol hərəkəti qaydalarını isə ya bilmirlər, ya da onlara riayət etmirlər: "Elə sürücülər var ki, hərəkət zamanı qəfil manevrlər edirlər, dönmə və ya hərəkət istiqamətinin dəyişdirilməsi zamanı siqnal işıqlarından istifadə etmirlər. Yol nişanlarının mənasını belə bilmədən avtomobil idarə edirlər. Ən təhlükəlisi isə odur ki, belə sürücülər sürət həddini də aşırlar - hətta tunellərdə və körpülərdə belə ötmə əməliyyatları həyata keçirirlər. Bu cür davranışlar ciddi təhlükə yaradır və yol qəzalarının artmasına birbaşa səbəb olur".

Eldəniz Cəfərov vurğulayır ki, belə sürücülərə qarşı qanunvericilik çərçivəsində sərt tədbirlər görülməlidir: "Öz məsuliyyətsizliyi ilə təkcə özünü deyil, digər hərəkət iştirakçılarını da təhlükə altında qoyan şəxslər sürücülük hüququndan məhrum edilməlidir. Çünki onların səhvi insan həyatına başa gələ bilər".

Ekspertin fikrincə, bu problemlərin bir hissəsi sürücülərin yetersiz təlim və qeyri-ciddi yanaşma ilə bağlıdır: "Təəssüf ki, bəzi insanlar sürücülük kursuna müraciət edib 30 gün ərzində avtomobil idarə etməyi öyrənəcəklərini düşünürlər. Bu, tamamilə yanlış yanaşmadır. Yaxşı sürücü olmaq üçün vaxt və təcrübə lazımdır. 5-10 günə avtomobili idarə etməyi öyrənmək mümkündür, amma məsuliyyətli və təhlükəsiz sürücü olmaq mümkün deyil. Bu məsələyə çox ciddi yanaşılmalıdır. Çünki bu cür qeyri-ciddi və səthi yanaşmalar birbaşa qəzaların artmasına səbəb olur".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:19
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Sentyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

21 Sentyabr 2025 01:29see163

Brabus ultra güclü Geländewagen i təqdim etdi…

21 Sentyabr 2025 00:47see141

Çin imperatorlarının taxta çıxmazdan əvvəl mütləq ziyarət etdiyi Tay dağı FOTOSESSİYA

20 Sentyabr 2025 16:47see139

Silvestr Stallone: ​​“Texnologiya məni 18 yaşına çatdıra bilər...”

20 Sentyabr 2025 21:47see133

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see132

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see131

Həndbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib

21 Sentyabr 2025 02:57see131

Polşanın Çinlə sazişi Avropa İttifaqında narazılıq yaradıb

21 Sentyabr 2025 03:39see129

Real Espanyol u üstələdi, Atletik dən məğlubiyyət

21 Sentyabr 2025 01:51see128

Fransa çempionartı: Meydan sahiblərinin üstünlüyü

21 Sentyabr 2025 01:53see126

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see125

Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas yollarından birində sürət həddi aşağı salınıb

21 Sentyabr 2025 01:07see125

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see124

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see124

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see124

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see123

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see122

Lopeslə Afflekin uğursuz malikanəsi : Milyonlarla dollara dəyəri var, amma...

20 Sentyabr 2025 22:34see120

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see119

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri