Icma.az
close
up
RU
“Yol təhlükəsizliyi cinsdən asılı deyil, əsas peşəkarlıqdır” Nəqliyyat eksperti

“Yol təhlükəsizliyi cinsdən asılı deyil, əsas peşəkarlıqdır” Nəqliyyat eksperti

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda indiyədək 169 qadın taksi sürücüsü olmaq üçün imtahan verərək şəhadətnamə alıb, onlardan 111-i artıq fəaliyyət göstərir. Tezliklə ilk qadın avtobus sürücüləri də işə başlayacaq.

Qadın taksi sürücülərinin sayının artması ümumi yol təhlükəsizliyi baxımından hansısa risk və ya fərqli situasiyaların yaranmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, yol hərəkəti təhlükəsizliyi cinslərə bağlı bir məsələ deyil:

"Bu, daha çox peşəkarlıq səviyyəsindən və infrastrukturda mövcud olan boşluqlardan asılıdır. Yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi istiqamətində dünyada müxtəlif layihələr icra olunur, əsasən sürət limitlərini azaldan və təhlükəsizliyi artıran həllərə üstünlük verilir. Düşünürəm ki, Azərbaycan da yol hərəkəti təhlükəsizliyi sahəsində dünyanın aparıcı ölkələrindən biri olmalı və yollarda ölüm halları ilə nəticələnən qəzaların sayını mümkün qədər azaltmalıdır, hətta bu cür halları tamamilə aradan qaldırmalıdır. Bu məqsədlə dünyada tətbiq olunan “Vision Zero” konsepsiyası mövcuddur yəni, ölüm hallarına sıfır dözümlülük siyasəti. İnsan səhv edə bilər, amma əsas məsələ odur ki, həmin səhv nəticəsində digər insanlar həyatını itirməsin. Bizim əsas hədəfimiz bu olmalıdır".

Ekspert əlavə etdi ki, yol hərəkəti təhlükəsizliyində cinsin rolu yoxdur və əsas diqqət peşəkarlığa, sürücünün yol hərəkəti qaydaları və nişanları ilə bağlı biliklərinə yönəlməlidir.

"Bakıda və ümumiyyətlə Azərbaycanda yolların uzun illərdir ki, hibrid vəziyyətdə olması, yəni həm küçə, həm də yol funksiyasını yerinə yetirməsi ciddi təhlükə yaradıb. Bu problemi aradan qaldırmaq lazımdır ki, mümkün risklər azalsın və qəza halları yüngül xəsarət və maddi ziyanla nəticələnsin, ölüm hadisələri isə minimuma ensin. Bu, əsas məqsəd olmalıdır. Cinsiyyət məsələsi bir kənara qoyulmalı və nəqliyyatda aktivliyi olan qadınların uğurları alqışlanmalıdır. Qadınlar əgər bilik və bacarıqlara sahibdirsə, hər hansı bir sahədə özünü sınamağa tam hüquqludurlar. Nəqliyyat sahəsində də bu prinsip keçərlidir. Qadınlar artıq pilot, gəmi kapitanı, metro maşinisti və dəmir yolu maşinisti kimi sahələrdə fəaliyyət göstərirlər. Həmçinin avtobus sürmək istəyən qadınlar artıq müvafiq təlimlərdən keçiblər. Bu tendensiya ildən-ilə artmaqdadır və gələcəkdə daha da genişlənəcəyini düşünürəm", - deyə Rauf Ağamirzəyev vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri