Yola kənar insan müdaxiləsinə görə 4 toqquşma hadisəsi baş verib
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin I rübündə yola kənar insan müdaxiləsinə görə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) maşinistləri 43 dəfə təcili tormozlama ediblər, ümumilikdə 4 toqquşma hadisəsi baş verib.
Bu barədə "Unikal"a səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, sözügedən hadisələr tələfat və xəsarətlərə, qatarların gecikməsinə, dövlət əmlakına ziyan dəyməsinə və qatarlardakı sərnişinlərin ciddi təhlükəsizlik riskləri ilə üzləşməsinə gətirib çıxarır: "ADY bir daha dəmir yollarını keçərkən diqqətli və ehtiyatlı olmağa, dəmir yolu keçidlərindən istifadə daxil olmaqla, qayda və tələblərə istisnasız əməl etməyə çağırır".
Baxış sayı:88
Bu xəbər 24 Aprel 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















