Icma.az
close
up
RU
Yola sığmayan sürücülər: köhnə vərdiş, yeni təhlükələr FOTO

Yola sığmayan sürücülər: köhnə vərdiş, yeni təhlükələr FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

İşlə əlaqədar olaraq Azərbaycanın rayonlarına müntəzəm səfər edirəm.

Bu dəfə Şəkiyə səfər edərkən ilk dəfə avtobusda qabaq cərgədə əyləşmək şansım oldu. Fürsətən istifadə edərək yol boyu sürücülərimizi izləyə bildim. 

Kürdəmir ərazisində hərəkət zamanı gördüklərim sürücülərimizin bilərəkdən və ya bilməyərəkdən böyük riskə getdiklərini göz önünə sərir. Əvvəla, ən ciddi problemlərdən biri sürücülərimizin “zolağa sığmamasıdır”. Minik avtomobillərinin çoxu ikinci və üçüncü zolağın ortası ilə hərəkət edərək hər 2 zolağı zəbt edir. Nəticədə arxadan gələn nəqliyyat vasitələri ötmə əməliyyatı edə bilmir. Sürücülərimizin çoxunun güzgüyə baxmadığını nəzərə alsaq, vəziyyətin ağırlığını təsəvvür etmək çətin olmaz.  Avtobus sürücüsü (şəxsən tanıdığım peşəkarlardandır) bildirdi ki, üçcərgəli yollarda vəziyyət həmişə belədir. 

Lakin məni daha çox təəccübləndirməyi “Azpetrol”un sürücüsü bacardı (təəssüf ki, video çəkə bilmədim). Yanacaq yüklü MAN sürücüsü Sığırlı kəndi ərazisində təxminən 80 km/saat sürətlə hərəkət zamanı sol ayağını nə qədər qəribə olsa da, alın şüşəsinə dirəmişdi. Yaşayış məntəqəsi ərazisində bu davranışa görə qəza baş versəydi nə ilə nəticələnəcəkdi? Ola bilsin ki, sürücü dəfələrlə belə davranıb və xətasız ötüşüb. Lakin bu cür davranış “Azpetrol” kimi böyük şirkətin nüfuzuna ciddi zərbədir. Müəssisə belə halları faciə baş vermədən nəzərə almalıdır. 

Yaxud, fotoda gördyünüz kommunal xidmət avtomobili avqustun 11-dən 12-nə keçən gecə Ziya Bünyadov prospekti boyu davamlı olaraq sol yolla hərəkət edib. 

Hörmətli oxucu. Sizə elə gəlməsin ki, yola sığmamaq yeni problemdir. 60-70-ci illərdə çəkilmiş Azərbaycan filmlərinə baxsanız görərsiniz ki, bu vərdiş bizə leninçi babalarımızdan qalıb.

Vüqar Yaşaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Avqust 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see162

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see132

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri