Yolayrıcına qəfil girən “KamAZ” qəzadan son anda yaxa qurtardı VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kobud qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 23-də günorta saatlarında qeydə alınıb.
Kadrlardan görünür ki, 77-CJ-590 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobilinin sürücüsü “Yol ver” nişanının tələbini nəzərə almadan yolayrıcına daxil olub.
Nəticədə baş yolda hərəkətdə olan avtomobil üçün qəza şəraiti yaranıb.
Xoşbəxtlikdən təhlükəylə üzləşən sürücü operativ reaksiya verərək son anda qəzanın qarşısını ala bilib.
Qeyd edək ki, “Yol ver” nişanı ikinci dərəcəli yoldan çıxan sürücünün baş yolda hərəkət edən nəqliyyat vasitələrinə maneə yaratmadan dayanmasını və yalnız təhlükəsiz şərait yarandıqdan sonra hərəkətə başlamasını tələb edir.
Xüsusilə iriölçülü yük maşınlarının belə yolayrıclarında məsuliyyəti daha böyükdür, çünki onların sürətlənməsi və dayanma məsafəsi minik avtomobilləri ilə müqayisədə xeyli fərqlənir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 25 Fevral 2026 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















